Icma.az
close
up
RU
Tarixi geridönüşə kimin gücü çatacaq?

Tarixi geridönüşə kimin gücü çatacaq?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Çempionlar Liqasında bu həftə yarımfinalçılar bəlli olacaq.

1/4 finalın ilk oyunlarında elə nəticələr qeydə alındı ki, hansı cütdə geridönüşün baş tutması inandırıcı görünmür. Amma futbol məhz sürprizlərlə zəngin olduğu üçün bu qədər sevilir. Baxaq görək, “Borussiya”, “Aston Villa”, “Real” və “Bavariya”dan hansının tarixi geridönüşə gücü çatacaq...
Oktyabrdan bəri “Villa Park”ı heç kim fəth edə bilməyib
“Barselona” ilk görüşdə Dortmund “Borussiya”sını darmadağın etməklə əla formada olduğunu göstərdi. “Borussiya” cavab oyunları ərəfəsində geridönüş etmək ehtimalı bəlkə də ən az olan komandadı. Düzdü, “arılar” “sarı divar” önündə başqa cür oynayır. Amma məsələ burasındadı ki, “Barsa” bu mövsüm “Borussiya”nı Dortmundda da məğlub edib. Yəni kataloniyalıları təkcə “sarı divar”la qorxutmaq çətindi. “Borussiya” özü də meydanda qeyri-adi oyun sərgiləməlidi.
Maraq üçün bildirək ki, “arılar” indiyə qədər avrokuboklarda nəinki 4, heç 3 top fərqli məğlubiyyətdən də dönə bilməyiblər. Komandanın ən böyük geridönüşü 0:2-dən olub. 1999/00-də UEFA kubokunun 1/16 finalında “Borussiya” səfərdə “Reyncers”ə bu hesabla uduzandan sonra evdə eyni hesabla qalib gəlmiş və penalti seriyasında üstün olmuşdu.
Maraqlıdı ki, ÇL-in pley-offunda evdə ilk oyundakı darmadağın son iki halda “Barsa”ya mərhələ adlamağa yardım etməyib! Söhbət 2017/18-in 1/4 finalında “Roma” (evdə 4:1, səfərdə 0:3) və 2018/19-un yarımfinalında “Liverpul” (evdə 3:0, səfərdə 0:4) ilə duellərdən gedir. Amma həmin vaxt fərq 3 top idisə, hazırda 4 topdu. “Barsa” indiyə qədər 5 dəfə pley-offa evdə 4 top fərqli qələbə ilə başlayıb və təbii ki, bunların hamısında mərhələni adlayıb.
“Aston Villa”nın durumu “Borussiya”nınkı qədər çətin deyil. Hərçənd “Villa” ötən həftə “Park de Prens”də son anlarda 3-cü topu buraxmasaydı, indi durumu daha yaxşı olardı. Çünki aydın məsələdi ki, pley-offun ilk oyununda səfərdə 1:2 uduzmaqla 1:3 uduzmaq arasında çox böyük fərq var.
Maraq üçün bildirək ki, “səfər qolu” prinsipinin ləğv olunduğu 2021/22-dən bəri təsnifatlar da daxil olmaqla avrokubokların pley-offunda ilk görüşdə ən azı iki top fərqi ilə qalib gələn 38 komandadan 35-i mərhələni adlamağa müvəffəq olub. Bu statistikaya əsaslansaq, PSJ-nin yarımfinala adlamaq şansı 92 faizə bərabərdi! Doğma meydan amili, sözsüz, “Aston Villa”ya əlavə enerji verəcək.
Komanda fanatları önündə keçirdiyi son 17 rəsmi oyunda uduzmayıb (11 qələbə, 6 heç-heçə). Seriya oktyabrın sonlarından bəri davam edir. Halbuki bu müddət ərzində “Villa Park”a “Yuventus”, “Mançester Siti”, “Liverpul”, “Çelsi” kimi “əjdahalar” səfər edib. Avrokuboklarda isə komanda son 12 ev oyununun 10-dan qələbə ilə ayrılıb Amma belə şeylərlə Paris nəhəngini qorxutmaq mümkün olacaqmı? Belə baxanda “Enfild” cəhənnəmindən “sağ çıxan” komandanı artıq, çətin ki, nə iləsə qorxutmaq mümkün olsun. Amma bir məqamı mütləq qeyd etməliyik. PSJ tarixi ərzində yalnız bir dəfə avrokubokların pley-offuna evdə 3:1-lik qələbə ilə başlayıb. Maraqlıdı ki, həmin vaxt rəqib məhz İngiltərə təsilçisi idi və sonluq parislilər üçün üzücü oldu. Komanda 2013/14-də ÇL-in 1/4 finalında “Çelsi”ni evdə məhz bu hesabla yenəndən sonra səfərdə 0:2 uduzaraq “səfər qolu” prinsipi üzündən mübarizəni dayandırmalı oldu.
“Bavariya” “San Siro”da özünü evdəki kimi hiss edir
“Bavariya”nın ilk oyundakı məğlubiyyətə necə reaksiya verəcəyi maraq doğurur. Bu mövsüm ÇL-in finalının Münhendə keçiriləcəyini unutmayaq. Sözsüz, bu məqam da Kompaninin komandasını İtaliyada irəli getməyə vadar edəcək. Amma dərd orasındadı ki, “İnter” əla formadadı və son 12 rəsmi oyunda uduzmayıb (9 qələbə, 3 heç-heçə). Zatən əla formada olmayan komanda 2021-dən bəri ÇL-də evdə uduzmayan “Bavariya”nı səfərdə məğlub edə bilməzdi. Evdə isə “neradzurra” sentyabrdan bəri heç kimə uduzmayıb! Hərçənd cavab matçı ərəfəsində “dişə vurulası” bir sıra faktlar var və bunlar heç də “İnter”in xeyrinə deyil. “Bavariya”nın “San Siro”da özünü evdəki kimi hiss etməsini xüsusi vurğulamağa dəyər. Belə ki, bu komanda indiyə qədər “İnter”ə qarşı səfərdə keçirdiyi 4 oyunun hamısından (!) qələbə ilə ayrılıb.
Ümumiyyətlə, “İnter”in Almaniya təmsilçilərinə qarşı son 11 ev matçının yalnız 3-də qələbə qazanması (6 məğlubiyyət) cavab oyunu ərəfəsində bu komanda üçün yaxşı fakt deyil. Və nəhayət, əsas heyrət doğuran fakt odu ki, “İnter” tarixi ərzində 20 dəfə pley-offa səfər qələbəsi ilə başladığı halda bunların 19-da mərhələni adlayıb. Yeganə uğurusuzluq, sizcə, kimə qarşıdı? Təbii ki, “Bavariya“ya! 1988/89-da UEFA kubokunun 3-cü mərhələsində “İnter” Münheni 2:0 fəth edəndən sonra evdə 1:3 uduzaraq mübarizəni dayandırmalı olmuşdu.
“Santyaqo Bernabeu”da son illər tez-tez möcüzəvi hadisələr baş verib. Amma bu dəfə “Real” özünü lap çətin, faktiki mümkünsüz duruma salıb. “Arsenal” kimi İngiltərə nəhəngi ilə dueldə 3 topluq məğlubiyyətdən sonra mərhələ adlamağa ümid bəsləmək real görünmür. Təbii ki, 3 yox, hətta 4 topluq fərqin də öhdəsindən gələnlər olub.
“Barselona”nın 2017-də PSJ-yə (səfərdə 0:4, evdə 6:1), “Liverpul”un 2019-da “Barselona”ya (səfərdə 0:3, evdə 4:0) qarşı geridönüşlərini xatırlamaq kifayətdi. Amma bu, çox nadir hallarda baş verir. Bunun üçün ilk növbədə cavab matçında bütün 90 dəqiqəni ideal keçirmək lazımdı. Hərçənd Qabriel kimi müdafiəçinin yoxluğu London nəhənginə problem yarada bilər. “Bernabeu”da müdafiənin mərkəzində Saliba - Kivyor cütlüyü qərarlaşacaq və onların bu təzyiqin öhdəsindən necə gələcəyi maraq doğurur. “Real” fanatlarının təsəlli tapa biləcəyi cəmi iki fakt var. Madrid nəhəngi indiyə qədər avrokubokların 1/4 finalında İngiltərə təmsilçilərinə qarşı 7 duelin hamısından qalib ayrılıb. Amma təbii ki, bu duellərin heç birində “Real” özünü cavab oyunu ərəfəsində belə çətinə salmamışdı. İkinci fakt isə odu ki, “blankos” tarixi ərzində yalnız bir dəfə avrokubokların pley-offuna ilk görüşdə səfərdə konkret 0:3 uduzmaqla başlayıb və həmin vaxt da mərhələni adlayıb! Amma söhbət 40 il öncədən gedir. 1984/85-də “kral klubu” UEFA kubokunun 1/8 finalında “Anderlext”i bu şəkildə mübarizədən kənarlaşdırmış (evdə 6:1) və sonda bu turnirin qalibi olmuşdu. “Arsenal”a aid diqqətçəkən fakt isə odu ki, komanda indiyə qədər 20 dəfə avrokubokların pley-offuna ev qələbəsi ilə başlayıb və bunların 18-də mərhələni adlayıb.
Maraqlıdı ki, London nəhəngi uğrsuzluğa düçar olduğu hər iki halda rəqib İspaniya təmsilçiləri olub! Söhbət 2000/01-də ÇL-in 1/4 finalında “Valensiya” (evdə 2:1, səfərdə 0:1) və 2010/11-də ÇL-in 1/8 finalında “Barselona” (evdə 2:1, səfərdə 1:3) ilə duellərdən gedir.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
15 aprel
Borussiya D – Barselona 1:0

Girassi, 11-p.
Cəzalı: yoxdu
Hakim: Mauritsio Mariano (İtaliya)
İlk oyun – 0:4
Aston Villa – PSJ 1:2
Tilemans, 34 - Hakimi, 11. Nuno Mendeş, 27
Cəzalı: yoxdu
Hakim: Xose Mariya Sançes (İspaniya)
İlk oyun – 1:3
16 aprel
Real – Arsenal

Cəzalı: Kamavinqa/yoxdu
Hakim: Fransua Letesye (Fransa)
İlk oyun – 0:3
İnter – Bavariya
Cəzalı: yoxdu
Hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 2:1

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri