Tarixi görüşlərə saatlar qalır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Vaşinqtonda baş tutacaq tarixi görüşlərə saatlar qalır".
Baku TV-nin ABŞ-dəki xüsusi müxbiri Nigar Şıxsəfiyevə sözügedən görüşlə bağlı məlumatları izləyicilərlə bölüşüb.
"Bu gün Ağ Ev çox mühüm tarixi hadisəyə şahidlik edəcək. Bu hadisənin Cənubi Qafqaza uzun illərdir insanların həsrət qaldıqları sülhü gətirəcəyi gözlənilir. Belə ki, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək. Daha sonra hər 3 ölkənin liderinin birgə tarixi sülh sənədini imzalayacağı gözlənilir.
Qeyd edək ki, artıq ABŞ Prezidenti Donald Tramp bununla bağlı sosial şəbəkədə paylaşım da edib. O, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə tarixi sülh sammiti üçün qəbul etməyi səbirsizliklə gözlədiyini deyib", - deyə o qeyd edib.
Ətraflı süjetdə:
Tarixi görüşlərə saatlar qalır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















