Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Tarixi iclasın şahidi Muxtarovun cəsarəti, Müsavatın son günləri

Tarixi iclasın şahidi Muxtarovun cəsarəti, Müsavatın son günləri

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

27 aprel 1920-ci ildə Azərbaycan Parlamentində son iclas keçirilərkən salondakı lojalardan birində bu tarixi hadisəni seyr edən bir türk vardı: Əhməd Cavad bəy. O, Cümhuriyyətin son aylarına şahidlik edib, xatirələrində bəzi dəyərli məlumatlar verib.

Osmanlıdan Cümhuriyyətə keçid dövrünün ziyalılarından olan Əhməd Cavad Emre 1876-cı ildə Girit Resmoda dünyaya gəlib. 1897-ci ildə Hərbiyyə məktəbinin ikinci kursunda oxuyarkən ittihadçı dostu Mahir Səid Pekmana yardım etdiyi üçün Sultan II Əbdülhəmid tərəfindən yetmiş səkkiz İttihad və Tərəqqi Cəmiyyəti üzvü ilə birlikdə Trablusqərbə sürgün edilib. On bir il sürgündə yaşayıb, bu, onun düşüncələrinə böyük təsir göstərib. Əbdülhəmidin devrilməsindən, II Məşrutiyyətin qələbəsindən sonra İstanbula qayıdıb, jurnalist kimi fəaliyyət göstərib. 1910-cu ildə Tofiq Fikret, Ruşən Eşref, Mustafa Suphi kimi şəxslərlə birlikdə darülmüəllimin-i əliyyədə müəllimlik edib. 1914-1918-ci illər arasında 29 dərslik yazıb. Milli mücadilə dövründə Mustafa Kamal paşanı dəstəkləyən Əhməd Cavad “Akşam”, “Tasvir-i Efkar” kimi qəzetlərdə işğalçılar əleyhinə məqalələr qələmə alıb. Eləcə də İttihad və Tərəqqi rəhbərliyini, Ənvər paşanın fəaliyyətlərini tənqid edib. Buna görə də Tələt paşa onu casusluqda ittiham edib. Nəticədə Mustafa Suphiyə sığınan Əhməd Cavad Türkiyə Kommunist Partiyasında təmsil olunub.

Bakıya gəlişi

İstanbulun işğal altında olduğu dövrdə Mehmed Asım ilə Əhməd Cavadın müəllifi olduqları “Anadolu yavrusunun kitabı” adlı qiymətli əsər işıq üzü görüb. Azərbaycan hökumətinin bu kitabı tələb etməsindən sonra Əhməd Cavad 20 yanvar 1920-ci ildə Bakıya yola düşüb. Bu dövrdə Azərbaycan hökuməti ölkəyə Türkiyədən müəllimlər dəvət etmiş, eləcə də dərsliklərin satın alınması üçün qərar vermişdi. Bakıya gələn Əhməd Cavad Bakıda ortaq bir ədəbi dilin yaradılması ilə məşğul olan, türk müəllimlərin də qatıldığı komissiyanın sədri seçilib. Gətirdiyi kitabları Bakıda satan Cavad əldə etdiyi pulla qiymətli xalılar alıb, lakin aprel ayında ölkə işğal olunduğu üçün bolşeviklər onun xalılarını da müsadirə edib. O, İstanbula qayıtdıqdan sonra hökumətə müraciət edib, nəticədə 1929-cu ildə zərəri qarşılanıb.

Sovet Bakısında yaşadığı müddətdə Əhməd Cavad Türkiyədən gələn idxal malların satılması üçün tərcümanlıq və vasitəçilik edib. 1922-ci ildə Türkiyəyə qayıdıb.

“O gün Azərbaycanın kiçik ordusunun hərbi paradı vardı”

Əhməd Cavad bəyin 1964-cü ildə “Tarix dünyası” dərgisində çıxan “1920-ci ilin Moskvasında türk kommunistlər” adlı xatirələrində Cümhuriyyət dövrü ilə bağlı maraqlı məlumatlar var. Əsərində Müsavat Partiyasının rəisi Məhəmmədəmin Rəsulzadə və hökumət rəhbəri ilə görüşündən bəhs edib: “1920-ci ilin yanvar ayının sonunda Azərbaycanın paytaxtı Bakıya getmiş, gürcülərin idarə etdiyi bir hotelə yerləşmişdim. Azərbaycan “müstəqil” bir cümhuriyyət olan kimi seçkilərlə bir də məclis qurmuş, iqtidar Müsavat adıyla təşəkkül edən partiyanın əlinə keçmişdi; məclisdə yalnız iki kommunist üzv vardı. Əvvəlcə partiyanın ümumi katibi Rəsulzadə Əmin bəylə görüşdüm. Cumhur rəisi ilə birlikdə idi. (Ehtimal ki, Baş nazir Nəsib bəy Yusifbəylini nəzərdə tutur- D.Ə). O gün Azərbaycanın kiçik ordusunun hərbi paradı vardı. Bölüklər harmonika ilə marş oxuyaraq ötürdülər. “Hey! İrəli, irəli! Azərbaycan əsgəri!”. Ordularının paradını seyrə gələn xalq kütlələri nəşə içərisində idilər. Çarlıq zamanındakı köləlik həyatından özlərini əbədi şəkildə qurtulmuş zənn edirdilər. Bu törəndən sonra katib və rəis bəydən soruşdum: “İndi Dağıstanın şimalında Denikinlə Sovet qüvvətləri arasında hərb davam edir, hansı qalib gəlir-gəlsin buraya gələcək, o vaxt nə etmək niyyətindəsiniz?”

Müqavimət göstərməyə ümidləri zəifdi, fəqət Türkiyə ilə birləşməyi də mümkün görmürdülər. Müsavat Firqəsinin idarəçiləri Türkiyə ilə siyasi və hərbi birləşməni ağıllarına sığışdırmırdılar. Fəqət mədəniyyət və dil birliyinə qüvvətli təmayülləri vardı, bunu da Türkiyədən qafilə-qafilə müəllimlər gətirmək və Türkiyənin məktəb və ədəbiyyat kitablarını öz məktəblərində oxutmağa başlamaqla göstərmişdilər. İstanbul qəzetləri də çox oxunulurdu. Azərbaycan maarifçiləri özlərindən və Türkiyədən gələn müəllimlərdən bir “Dil komissiyası” təşkil etdilər, məni də çağırdılar. İlk iclasda rəisliyə seçilmişdim, mənim təklif və izahımla iki ləhcə arasındakı səs (fonetika), şəkil (morfologiya), sintaksis və məna (semantika) fərqlərinin araşdırılıb təsbit edilməsinə qərar verildi. Bu elmi etüd sayəsində Azərbaycan ləhcəsinin asanlıqla türkcələşməsinə xidmət edəcək qanunlar və formulalar araşdırılıb tapılacaqdı.

Azərbaycan ziyalılarının Türkiyə ilə müştərək bir ədəbi dil sahibi olmaq üçün bu dərəcə ciddi və elmi yoldan getmələri böyük bir milli inkişafın əsəri idi. Azərbaycanın “Leyli və Məcnun” kimi Füzulinin bir şah əsərini musiqili bir səhnə pyesi olaraq təmsil edilən sənətkar truppası vardı. Təkcə bu zümrə müştərək bir ədəbi dilin yaradılmasına tərəfdar deyildi, fəqət Müsavat Firqəsinin təşəbbüslərinə qarşı da etiraz səslərini ucaltmır, küskün bir vəziyyət içərisində susurdular”.

Qeyd edək ki, “Müsavat Firqəsinin idarəçiləri Türkiyə ilə siyasi və hərbi birləşməni ağıllarına sığışdırmırdılar” ifadəsi olduqca maraqlıdır. Şübhəsiz ki, Əhməd Cavad Azərbaycan türklərinin milli azadlıq, müstəqillik uğrunda keçdiyi yola kifayət qədər bələd deyildi. Hələ Cümhuriyyət qurulmamışdan öncə azərbaycanlı siyasi xadimlər çardan çıxıb padşahın tabeliyinə keçməyin mümkünsüz olduğunu hesab edirdilər. Osmanlı zabiti Hüsaməddin Tuğaçla görüşən Nəsib bəy Yusifbəyli ona açıq şəkildə demişdi: “Əlbəttə, Osmanlı türkləri bizim böyük qardaşımızdır, amma Bakı İstanbuldan idarə edilə bilməz”. Necə ki, Qafqaz İslam Ordusu Azərbaycana gəldiyi zaman Bakıda iyun böhranı yaşanmış, nəticədə Azərbaycan Milli Şurası müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Əhməd Cavad Emrenin Bakıda olduğu dövrdə M. Rəsulzadə çap etdirdiyi “Azərbaycanın təşəkkülündə Müsavat” adlı əsərində yazırdı: “Halbuki ǝdǝmi-mǝrkǝziyyǝt üsuluna sadiq qalan müsavatçılar türkiyǝli qardaşlarımızı imdada çağırmaqla bǝrabǝr, keçici zamanın tǝsirinǝ qapılmamışlardı. Onlar Türkiyǝni dǝvǝt edǝrkǝn Azǝrbaycan istiqlalını unutmamışlardı”. Yəni Rəsulzadə və Yusifbəyli birmənalı şəkildə Azərbaycanın müstəqil bir dövlət olaraq mövcudluğunda israrlı idilər. Tarix onları haqlı çıxarmışdı. Əhməd Cavadın ortaq dilə qarşı çıxan truppa dediyi də Üzeyir bəy Hacıbəylinin rəhbəri olduğu cəmiyyət idi. Üzeyir bəyin ortaq dilə qarşı çıxması məsələsi tədqiqatçılar üçün maraqlı mövzulardan biri ola bilər.

“Evinə girəcək ilk bolşeviki öldürəcək, sonra intihar edəcəkdi”

Bakıda olduğu müddətdə Əhməd Cavad bəy neft buruqlarını görmək üçün Bibiheybətə gedib, ucsuz-bucaqsız meşə adlandırdığı quyuları tədqiq edib. Neft sayəsində bir çox şəxsin zəngin olduğunu yazan Cavad Murtuza Muxtarovun ölümü ilə bağlı hadisəni bu şəkildə qeyd edib: “Adi bir işçi olaraq çalışıb bir miqdar pul yığdıqdan sonra sahib olduğu və ya satın aldığı öz ərazisində quyu qazıb fəvvarə şəklində fışqıran neft sayəsində zəngin olan bir neçə şəxs vardı. Onlardan Muxtar bəy adında biri ilə tanış oldum. Saray kimi evinə Türkiyədən gələn müəllimlərlə birlikdə qonaq olaraq getdik. Adi fəhləlikdən başlayıb əldə edə bildiyi o böyük sərvətin hekayəsini öz ağzından dinlədik. Bu cəsur və qüvvətli adam tapançasını hazırlamış və qərarını vermişdi: Sovet qüvvətləri gəlib Bakını işğal edərsə, evinə girəcək ilk bolşeviki öldürəcək, sonra özü də intihar edəcəkdi! İşlər eynilə belə baş verdi. Sovetlərin hakimiyyəti altında səfil yaşamaqdansa, qəhrəmancasına həyatına son verdi. Fəqət neftdən qazanılmış böyük sərvətini öz xoşuna sovetlərə hədiyyə edən və qarşılığında rifahlı bir həyat təmin edən zənginlər də oldu”.

Əhməd Cavadın xatirələrindən öyrənirik ki, o, Bakıda maarif və dini etiqad naziri Rəşid xan Kaplanovla yaxın münasibətdə olub, onun evinə gedib-gəlib: “Müsavat hökuməti işlərini həyata keçirmək üçün dövlətin bütün sərvətlərini qarşılıq göstərərək pul basır və çap etdiyi pulun bazar dəyərini qorumağa çalışırdı. Lakin pul çap etmək üçün filiqranlı kağıza ehtiyacı vardı. Nazirlərdən Rəşid Kaplanla İstanbulda tanış olmuşdum. Cəlal Qorxmazın yanında görmüşdüm. Parisdə təhsil almış bir gəncdi. Bu nazirin evinə tez-tez gedərdim. Məni hökumətə filiqranlı pul çapına məmur etmək istəmişdi. Mən də tacir pasportu ilə gəldiyim üçün bu qazanclı işi bacaracağıma ümid edirdim. Fəqət bürokratik formallıqlar heç cür bitmirdi”.

Parlamentin son iclası

Əhməd Cavad Emre Cümhuriyyətin son günlərini və parlamentin axırıncı iclasını xatirələrində bu şəkildə qeyd edib: “Dağıstanın şimalında çarlığı müdafiə edən Denikin, nəhayət, məğlub edildi, sovet qüvvətləri Dağıstandan Dərbəndə keçdi. Azərbaycana yavaş-yavaş yaxınlaşırdı. Müsavat Firqəsi və hökuməti üçün çox müşkül günlər gəlib çatmışdı. Daha şimalda çara sadiq qalan Vrangel də yenilmişdi, bəyaz ruslar adı verilən ordusu ilə Rumıniyaya sığınmışdı. 200 min qədər təxmin edilən bəyaz ruslar Konstansa limanından gəmilərə mindirilərək çoxu İstanbula və bir qismi Mərmərə şəhərlərimizə çıxarılmışdı. Qırmızıların zəfər xəbərlərindən sonra Bakıda Müsavat məclisi gecəli-gündüzlü müzakirəyə davam edir, fəqət müqavimət qərarına vara bilmirdi. Dinləyicilər lojasından seyr etdiyim bu fasiləsiz məclis iclası hürriyyətə, müstəqilliyə aşiq bir kiçik məmləkətin ümidsizlik içində qıvranmasının ülvi bir lövhəsi idi. Məclis, nəhayət, iqtidarı ancaq iki üzvü olan Kommunist Firqəsinə tərk edərək Müsavat Firqəsi və hökuməti dağıldı. Ertəsi sabah Azərbaycan fəhlələrinin alqışları ilə qarşılanan Sovet qüvvətləri yorğun, pəjmürdə silahlı, çox pis geyimli beş-altı yüz nəfərdən ibarətdi!”.

Xatirələrinin davamında Əhməd Cavad Bakıdakı kommunistlər, Mustafa Suphinin fəaliyyəti, Ənvər paşanın Şərq Xalqları Qurultayındakı iştirakı, Xəlil paşanın Mustafa Kamal paşa əleyhindəki düşüncələri və sair məsələlər barədə olduqca maraqlı məlumatlar verib.

Əhməd Cavad Emre 1961-ci ildə İstanbulda vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Yanvar 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see222

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see191

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see164

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see160

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see151

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see147

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see132

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see128

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see127

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see125

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see123

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri