Tarixi kəşf: İsa Məsihin nadir freskası tapıldı
Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə arxeoloqlar İsa Məsihin "Yaxşı çoban" obrazında təsvir olunduğu nadir freska aşkar ediblər.
Kulis.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
III əsrə aid edilən bu qədim rəsm İznik şəhəri yaxınlığındakı yeraltı türbədə tapılıb. Freskada İsa çiyinlərində çəpiş və ayaqlarının dibində dörd heyvan olan gənc bir çoban kimi təsvir edilib.
Arxeoloq Gülsen Kutbay qeyd edib ki, bu, İsanın açıq-aşkar Roma üz cizgiləri ilə təsvir edildiyi çox nadir freskalardan biridir. Ekspertlərin sözlərinə görə, bu tapıntıya xüsusi əhəmiyyət qazandıran əsas amil onun tarixi kontekstidir:
Belə ki, 325-ci ildə məhz Nikeyada (hazırkı İznik şəhəri) xristianlığın əsas sənədlərindən biri olan Nikeya İman Simvolu qəbul edilib. Lakin bu tarixə qədər xristianlar Roma imperiyası ərazisində amansız təqiblərə məruz qalırdılar.
Mütəxəssislər vurğulayırlar ki, xaç xristianlığın əsas simvoluna çevrilməzdən əvvəl məhz "Yaxşı çoban" obrazı xilas və ilahi müdafiə ideyalarını ifadə edən ən populyar simvol olub.
Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı WUF13 çərçivəsində "Yaradan" sənədli filmi təqdim edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 16 İyun 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















