Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Qızılın qiyməti dünya maliyyə bazarlarında yeni rekorda imza ataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
Bakupost.az xəbər verir ki, Nyu-Yorkun “Comex” əmtəə birjasında ticarət olunan qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün 4 150 dolları ötüb.
Bu göstərici qızılın tarixində qeydə alınan ən yüksək qiymətdir.
Bakı vaxtı ilə saat 03:59-a olan məlumata əsasən, qiymətli metal bir unsiya üçün 4 146,5 dollardan (+1,88%) satılıb.

