Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Tarixi məscidlə bağlı Milli Məclisə müraciət edildi

Tarixi məscidlə bağlı Milli Məclisə müraciət edildi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixçi alim Elnur Nəciyev Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidinin dağılma təhlükəsindən xilası üçün Milli Məclisin 3 komitəsinə - Mədəniyyət, Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrinə məktub ünvanlayıb.

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli millət vəkilləri!

Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri və Alban irsinin daşıyıcılarının yaşadığı Qrız kəndi (Quba) tariximizin müxtəlif dövrlərinə şahidlik edən tarixi abidələrlə zəngindir. Belə abidələrdən biri də ərəb sərkərdəsi Əbu Müslüm Xorasaninin (718-755) adını daşıyan məsciddir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).

Kənd ağsaqqalı Şıxbaba Xanbaba oğlu Mehdiyevdən aldığım məlumata görə, Qubanın Qrız kəndindəki Əbu Müslüm məscidinin tikilmə tarixi hicri 131, yəni miladi 748/749-cu ilə aiddir.

Bu məscidi Qubanın Cek və Xınalıq kəndlərindəki Əbu Müslüm məscidlərindən fərqləndirən və onu Azərbaycanın ən qədim məscidlərindən birinə çevirən bir neçə mühüm əsas var. Əbu Müslüm xorasanlı idi və bu gün Qrızda Xoraşenlilər (yəni Xorasanlılar) adı ilə tanınan bir nəsil var. Qrızda Sifilər (Sufilər), Səfilər, Dövrüşlər (Dərvişlər) kimi nəsillərin də yaşaması bu kəndin tarixi əhəmiyyətinin ən mühüm göstəricilərindən biridir.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Əbu Müslüm məscidinin qarşısında tanıtım lövhəsi qoyulsa da, çox təəssüf ki, məscidin sadəcə divarları qalıb və dirəkləri isə uçub. Buna görə də tarixi məscidin bərpasına çox gərək var. Məscidin nəfis naxışlarla bəzədilmiş taxtaları isə kəndin ərazisi boyunca səpələnib.

Məscidin son durumu ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, eləcə də arxeoloqlarımıza və tarixçilərimizə müraciət edilib. Bu məsələnin ictimailəşdirilməsində bizə dəstək olan dəyərli dostlara dərin təşəkkür edirik!

Hörmətli millət vəkilləri, Sizdən rica edirik ki, bu məscidin bərpa məsələsini diqqətdə saxlayasınız.

Gəlin, tariximizə sahib çıxaq və VIII əsrin yadigarı olan məscidimizi gələcək nəsillər də görsün, bilsin və dünyaya təqdim etsinlər!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Aprel 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri