Tarixi rekord: Böyük Üçlüy ün bütün əfsanələrini qabaqladı (VİDEO)
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tennis üzrə Australian Open-2026 final matçı üç saatdan çox davam edən gərgin mübarizə ilə yadda qalıb.
Qaynarinfo xəbər verir ki, Karlos Alkaras görüşə uğursuz başlayaraq ilk seti uduzub. Görünür Aleksandr Zverevə qarşı yorucu yarımfinal matçından sonra ispaniyalı idmançı bərpa olmaq üçün yetərincə vaxt tapmayıb.
Lakin Alkaras 38 yaşlı serb rəqibi Novak Cokoviçə qarşı oyunun gedişatını dəyişməyi bacarıb. Qarşılaşmanın yekun hesabı 2:6, 6:2, 6:3, 7:5 ispaniyalı idmançının xeyrinə olub.
Tarixi rekord
Bu qələbə yalnız mövcud mövsüm üçün deyil, həm də tennis tarixində əlamətdar hadisədir. Avstraliyada titul qazanan Karlos Alkaras mövsümü "Grand Slam"la tamamlayıb – yəni dörd böyük turnirdə (Australian Open, Roland Garros, Wimbledon və US Open) qalib gəlib. Üstəlik, o, bu nailiyyətə çatan ən gənc tennisçi olaraq "Böyük Üçlüy”ün bütün əfsanələrini qabaqlayıb.
İspaniyalı ulduz üçün bu, karyerasında 9-cu "Grand Slam" finalı idi və onun 7-si qələbə ilə başa çatıb.
Novak Cokoviç üçün isə bu final 39-cu "Grand Slam" finalı olmaqla rekord xarakteri daşıyırdı. O, 25-ci titulu qazana bilməyib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 01 Fevral 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















