Icma.az
close
up
RU
Tarixi sazişin pərdəarxası: Versal Sarayında gecəyarısı imza mərasimi

Tarixi sazişin pərdəarxası: Versal Sarayında gecəyarısı imza mərasimi

Icma.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın İranla müharibəyə son qoyan memorandumunu Fransadakı Versal Sarayında imzalamasının maraqlı təfərrüatları məlum olub.

Sherg.az xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Tramp Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi rəsmi şam yeməyində iştirak edərkən İranla razılaşmanın yekunlaşdığı xəbərini alıb. Bu məlumatdan sonra o, sənədi gözləmədən dərhal imzalamaq qərarına gəlib.

Qəfil qərardan sonra ABŞ dövlət katibi Marko Rubio gecə saatlarında sarayda memorandumun mətnini çap etmək üçün printer axtarmağa başlayıb. Qısa müddət sonra sənəd hazırlanaraq imza mərasimi təşkil edilib.

Mərasimdən əvvəl masalardakı qablar yığışdırılıb, onların yerinə saziş mətnləri qoyulub. Təxminən 30 nəfərin iştirak etdiyi mərasimdə Tramp sənədi qısa nəzərdən keçirdikdən sonra “Bu, asan olmadı. Buna əmin ola bilərsiniz” deyib.

Məlumata görə, sazişin məhz Versal Sarayında imzalanacağı barədə Fransa hökuməti əvvəlcədən məlumatlandırılmayıb və hadisə fransız rəsmiləri üçün də gözlənilməz olub.

Fransız diplomatik mənbələri isə bu addımın simvolik əhəmiyyət daşıdığını bildirərək, Trampın Versalı seçməsini Makrona göstərilən etimad və hörmətin ifadəsi kimi qiymətləndiriblər.

Beləliklə, İranla müharibəyə son qoyan mühüm razılaşma əvvəlcədən planlaşdırılmış rəsmi mərasimlə deyil, Versal Sarayında son anda təşkil olunan qeyri-adi imza mərasimi ilə tarixə düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri