Tarixi uğur: bu komandamız ilk dəfə avrokuboklara gedir YENİLƏNİB
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Bu gün Misli Premyer Liqasında sonuncudan əvvəlki - XXXV tur start götürüb.
Qaydalara görə, çempionatın axırına 2 tur qalmış 3 prinsipial matç eyni vaxtda başlanıb.
"Araz Naxçıvan" səfərdə "Şamaxı"nı məğlub edərək tarixi uğura imza atıb. Elmar Baxşıyevin yetirmələri ilk dəfə Azərbaycan çempionatında bürünc medal qazanmaqla yanaşı, avrokuboklarda (Konfrans Liqasında) iştirak hüququna yiyələniblər.
"Turan Tovuz"un 4-cü, "Sabah"ın 5-ci, "Neftçi"nin isə 6-cı yeri tutması dəqiqləşib.
Misli Premyer Liqası, XXXV tur
17 may (şənbə)
"Sumqayıt" – "Turan Tovuz" 0:1
Emmanuel Hakman, 30
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00
"Zirə" – "Sabah" 1:1
Giorgi Papunaşvili, 26. - Pavol Safranko,67
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu, 17:00
"Şamaxı" – "Araz-Naxçıvan" 0:1
Felipe Santos, 44
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Şamaxı şəhər stadionu, 17:00
\\Offsideplus.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 May 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















