Icma.az
close
up
RU
Tarixi xəritə yayıldı: bu da qədim Ermənistan FOTO

Tarixi xəritə yayıldı: bu da qədim Ermənistan FOTO

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sizə ermənilərin “qədim ermənistan” yalanlarını ifşa edəcək nadir bir xəritə təqdim edirəm. Xəritə məşhur alman coğrafiyaşünası Georq Matteus Seutter tərəfindən çəkilib.

Globalinfo.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

“Seutter Nürnberq şəhərində görkəmli J.B.Homanın rəhbərliyi altında oyma ustalığını öyrənib. 18-ci əsrin əvvəllərində Seutter Auqsburqda özünün müstəqil kartoqrafik nəşriyyat firmasını yaradıb.

Seutterin oyma bacarığı və şaxələndirilmiş xəritə istehsalına sadiqliyi nəticədə ona əhəmiyyətli nüfuz gətirib. Seutterin xəritələrinin əksəriyyəti “Homann” və “Delisle” firmaları tərəfindən nəşr edilirdi. 1732-ci ildə Seutter Almaniya imperatoru VI Karl tərəfindən “İmperator coğrafiyaçısı” adına layiq görülüb.

300-dən çox xəritə tərtib edən Seutter müxətlif kartoqraf və səyyahların istinadlarına mütəmadi müraciət edirdi ki, işlərində bir yanlışlıq olmasın. Bizim diqqəti çəkən xəritə isə “Magni Turcarum Dominatoris İmperium per Europam, Asiam, et Africam accuratissima cura delineatum” (Böyük Türk Hökmdarının İmperatorluğu bütün Avropa, Asiya və Afrikada diqqətlə təsvir edilmişdir) 1740-cı idə Auqsburqda nəşr ediləndir.

Seutter öz xəritəsində bütün Cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərib. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.

Eyni zamanda xəritə ilə yanaşı, o, əlifba sırası ilə adları və açıqlamasını da yazır. Fikir verin, Azərbaycan adını “Adirbeitzania” adlandırır və onunla yanaşı, xəritədə Ordubad, İrəvan, Şamaxı, Dərbənd, Şəmkir və digər əraziləri dəqiqliklə yazır. Bu xəritə bir daha sübut edir ki, Qafqazda erməni dövləti, Ermənistan adında ərazi olmayıb, bu gün onların əlində olan İrəvan və digər şəhərlər Azərbaycana aid torpaqlarda yerləşib”, – alim bildirib.

Z.Əliyev qeyd edib ki, ölçülərin 19.75 x 22.75 düym (50.12 x 57.75 sm) olan xəritə hazırda № 11915 inventar nömrəsi ilə Çikaqo muzeyində saxlanılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri