Icma.az
close
up
RU
Tarixi zəfərin güc balansına təsiri

Tarixi zəfərin güc balansına təsiri

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə hərbi güc dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında əsas amillərdən biridir. Təsadüfi deyil ki, 07.10.2025-ci il tarixdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə İlham Əliyev qeyd etmişdir: “Bu gün dünyada hərbi güc hər bir ölkənin müstəqilliyi və ərazi bütövlüyünün əsas amilidir.” Bu fikir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərlə də öz təsdiqini tapdı. Güclü ordu, düzgün hərbi strategiya və siyasi iradə nəticəsində ölkəmiz regionda güc balansını dəyişərək öz suverenliyini tam şəkildə təmin etdi.

Hər bir dövlət gücdən istifadə edərək regionda aparıcı mövqe tutmağa,digər dövlətlərin fəaliyyətində öz mənafeylərinə uyğun dəyişikliklər etməyə çalışır. Güc balansı dövlətlər arasındakı təkcə hərbi gücü deyil, eyni zamanda iqtisadi və digər sahələrdəki fərqləri üzə çıxarır. Dövlət güclü olduqda ölkəsinə kənar müdaxilənin qarşısını alır, zəif olduqda isə bunların tam əksi baş verir.

Güc balansı nəzəriyyəsində balans, heç bir dövlətin digər dövlətlər üzərində dominantlıq edə bilməyəcəyi və öz iradəsini təkbaşına diktə edə bilməyəcəyi bir tarazlıq vəziyyətidir.

İndiki dövrdə bir sıra dövlətlər beynəlxalq münasibətlərdə balansı pozurlar və bu, dövlətlərarası münasibətlərdə münaqişələrə səbəb olur. Ötən əsrin 90-cı illərində Rusiya dövləti Cənubi Qafqazda balansı pozdu və ölkəmizin 20%-dən çox ərazisi işğal olundu.

Hans Morgenthaunun fikrincə: Güc beynəlxalq münasibətlərdə həm vasitə, həm də məqsəddir. O, vasitədir, çünki milli marağa qulluq edir. O, məqsəddir, çünki əldə olanda milli maraq da təmin edilmiş olur. 1991-ci ildə yenidən müstəqillik qazanmış dövlətimizdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətin milli maraqlarını müdafiə etmək üçün siyasi,hərbi və iqtisadi baxımdan güclənməsi istiqamətində böyük işlər görülməyə başlanıldı.

İqtisadi sahədə 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti dünyanın iri neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatı haqqında saziş imzaladı. Bu müqavilə tezliklə dünyada “Əsrin müqaviləsi” adı ilə məşhurlaşdı. 1997-ci ildə “Əsrin müqaviləsi” üzrə neft hasilatına başlanıldı. Daha sonra , 1999-cu il noyabrın 18-də İstanbulda  Xəzər neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəqli haqqında saziş imzalandı.2001-ci ildə isə Azərbaycan qazının Bakı–Tbilisi–Ərzurum kəməri ilə ixracına dair Türkiyə və Gürcüstanla sazişlər imzalandı və.s.

Hərbi sahədə 1994-cü ildə Bişkek protokolu ilə atəşkəs əldə olunandan sonra ordunun maddi-texniki bazası gücləndi və beynəlxalq standartlara uyğunlaşdırılmasına başlanıldı. 2004-cü ildə isə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşularaq ordusunun modernləşdirilməsinə mühüm addımlar atdı. Eyni zamanda hərbi təhsilə önəm verməsi, gənc zabitlərlə mütəmadi görüşməsi və onların şəxsən mükafatlandırılması ölkəmizdə hərbi peşəkarlığın inkişafına böyük töhfə vermişdir. Müasir dövrdə hərbi gücün dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında həlledici rol oynadığı açıq şəkildə görünür

Diplomatik sahədə 1996-cı ildə keçirilən OSCE-nin Lissabon sammiti Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri oldu. Heydər Əliyev Azərbaycan dövlətinin ərazi bütövlüyü ilə bağlı bir sıra prinsiplər irəli sürdü. Lakin Ermənistan bu prinsiplərə qarşı çıxdı.

Heydər Əliyev diplomatik strategiyadan məharətlə istifadə edərək sammitin yekun sənədinə veto qoyacağını bəyan etdi. Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün üç əsas prinsip müəyyənləşdirdi:

  1.Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tanınması.

  2.Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarə statusunun verilməsi.

  3.Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Ulu öndərin rəhbərliyi ilə ölkəmiz hərbi, iqtisadi və diplomatiya sahələrində qazandığı uğurlar gələcək zəfərimizin təməlini qoymuşdur.

Sonrakı mühüm diplomatik addım isə Prezident İlham Əliyev tərəfindən edildi. 3 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən Valdai Discussion Club-un plenar sessiyasında çıxışı zamanı dövlət başçımız Ermənistanın iddialarına cavab olaraq dünya ictimaiyyətinin diqqətini cəlb edən tarixi ifadəni səsləndirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”. İlham Əliyev bu çıxışı ilə Azərbaycan dövlətinin lazım gələrsə, müharibə yolu ilə belə öz ərazi bütövlüyünü təmin edəcəyinə dair qətiyyətli mesaj verdi.

Heydər Əliyev tərəfindən təməli qoyulan zəfərimiz, İlham Əliyevin ağıllı strategiyası ilə dövlətimiz öz ərazi bütövlüyünü təmin etdi. Ruslan Puxov “Kommersant” qəzetində dərc olunmuş məqaləsində qeyd edib: 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan və Ermənistan üçün dönüş nöqtəsi olmaqla yanaşı, həmçinin Cənubi Qafqazda siyasi və hərbi güc balansını da dəyişdirdi.

Tarixə qızıl hərflərlə yazılmış şanlı zəfərimiz müstəqil Azərbaycan Respublikasının güc balansına necə təsir etdi?

İlk növbədə, 30 ildən çox işğal altında olan ərazilərimiz azad olunaraq sarsılmış qüdrətimizi bərpa etdik və ölkənin bütün ərazisində 200 ildən çox müddətdə bərpa olunmayan suveren hüququmuz bərpa etdik.15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətləri rəsmiləşdirildi. Bəyannamənin nəticəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq gücləndirildi. Regional sabitlik və təhlükəsizliyə dəstək prinsipləri öz əksini tapdı. Zəngəzur dəhlizini iqtisadi gücün açarı kimi qiymətləndirilə bilər. Dəhliz sayəsində Azərbaycan dövləti bir sıra imtiyazlar əldə edəcək. Tranzit ölkə kimi rolu artacaq,Azərbaycan dövləti Avropa ilə Asiya arasında körpü rolunu oynamağa başlayacaq.Beləliklə, ölkəmiz təkcə Cənubi Qafqazın və Xəzər ətrafı regionun deyil, həm də böyük geopolitik gücə malik, söz sahibi olan dövlətə çevrildi.

Təəssüf ki, ölkəmizin uğuru heç də hamının ürəyincə deyil. Bu səbəbdən biz daim ayıq olmalı, ehtiyatı əldən verməməliyik. Hər kəs öz işini vicdanla yerinə yetirərək Azərbaycana xidmət etməli və Beynəlxalq münasibətlərdəki güc balansımızı qorumalıyıq.

İbrahim Kazımov

Qərbi Kaspi Universiteti

Beynəlxalq Münasibətlər fakültəsi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri