Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu MƏQALƏ

Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu MƏQALƏ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən siyasətin ən mühüm nəticələrindən biri güclü və peşəkar ordunun formalaşdırılmasıdır. Bu baxımdan 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbi bayram deyil, həm də Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna, qazanılmış uğurlara və əldə edilmiş tarixi nailiyyətlərə nəzər salmaq üçün mühüm bir tarixdir. Azərbaycan milli ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Müstəqil dövlətin mövcudluğunun əsas şərtlərindən biri olan milli hərbi qüvvələrin yaradılması həmin dövrdə dövlət quruculuğunun prioritet istiqamətlərindən hesab edilirdi. Sonrakı tarixi mərhələlərdə müxtəlif səbəblərdən bu ənənənin davam etdirilməsi mümkün olmasa da, Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu məsələsi yenidən gündəliyin əsas mövzularından birinə çevrildi.​​​​​​​1990-cı illərin əvvəllərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, idarəetmədə yaranmış böhran və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətinin mövcudluğunu ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə mürəkkəb bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin xilası ilə yanaşı, peşəkar və nizami ordu quruculuğunun da əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində müxtəlif silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi formalaşdırıldı, hərbi intizam gücləndirildi və ordunun idarə olunmasında dövlət nəzarəti təmin edildi. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi, zabit hazırlığının təkmilləşdirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar müasir Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadı.​​​​Ümummilli Lider tərəfindən müəyyən edilmiş ordu quruculuğu strategiyası sonrakı dövrdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Dövlət büdcəsində müdafiə xərclərinin artırılması, ən müasir silah və texnikaların alınması, yerli müdafiə sənayesinin inkişaf etdirilməsi və şəxsi heyətin sosial təminatının gücləndirilməsi Azərbaycan Ordusunun yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrildi. Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində keçirilən genişmiqyaslı təlimlər, müasir idarəetmə sistemlərinin tətbiqi və hərbi hissələrin texniki imkanlarının gücləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltdi.​​​​​​​​​​Azərbaycan Ordusunun gücü və peşəkarlığı ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində öz təsdiqini tapdı. Həmin döyüşlər zamanı əldə olunan uğurlar uzun illər ərzində aparılmış ordu quruculuğu siyasətinin real nəticələrini nümayiş etdirdi. Strateji yüksəkliklərin və mühüm mövqelərin azad edilməsi ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu göstərdi. 2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində minlərlə hektar ərazi nəzarət altına götürüldü və Azərbaycan Ordusunun strateji üstünlüyü daha da möhkəmləndirildi. Bu əməliyyatlar müasir hərbi idarəetmə və yüksək peşəkarlığın növbəti göstəricisi kimi qiymətləndirildi.​​Azərbaycan Ordusunun tarixində ən şanlı səhifə isə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə yazıldı. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları qısa müddət ərzində Azərbaycan hərb tarixinin ən böyük qələbəsinə çevrildi. Qələbənin zirvəsi hesab olunan Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirilir. Mürəkkəb relyef şəraitində aparılan əməliyyat nəticəsində şəhərin azad edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Şuşanın azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və bununla da Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ başa çatdı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Beləliklə, Azərbaycan Respublikası öz suveren hüquqlarını bütün ərazilərində tam şəkildə bərpa etmiş oldu.​​​​​​​​​​​​Bu gün Azərbaycan Ordusu müasir silahlanmaya malik, yüksək hazırlıqlı və peşəkar hərbi qüvvə kimi regionun təhlükəsizlik sistemində mühüm yer tutur. Ordunun əldə etdiyi uğurlar yalnız hərbi gücün nəticəsi deyil, eyni zamanda dövlətçilik ənənələrinin, siyasi iradənin, xalq-ordu birliyinin və uzunmüddətli strateji inkişaf konsepsiyasının məntiqi nəticəsidir. Azərbaycanın müasir tarixində qazanılmış ən böyük nailiyyətlərdən biri olan Böyük Qələbə güclü dövlət, qüdrətli ordu və Müzəffər Ali Baş Komandan amilinin vəhdətinin parlaq təzahürü kimi qiymətləndirilir. Bu qələbə ölkənin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycan Ordusunun qüdrətini və xalqın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirmişdir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri