Icma.az
close
up
RU
Tarixin ən bahalı AVTOMOBİLİ: 3 təyyarə qiymətinə FOTOlar

Tarixin ən bahalı AVTOMOBİLİ: 3 təyyarə qiymətinə FOTOlar

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bəzi avtomobil istehsalçıları ultra dəbdəbəli modellər təqdim etsələr də, elə avtomobillər var ki, onları yalnız dünyanın ən zəngin şəxsləri əldə edə bilir.

Milli.Az xəbər verir ki, "Express" tarixin ən bahalı avtomobili barədə maraqlı məlumat yayıb. Bildirilib ki, bu nəqliyyat vasitəsinin qiyməti şəxsi təyyarədən üç, super yaxtadan isə iki dəfə baha olub.

Məlumata görə, hərrac tarixində rekord qiymətə satılan avtomobil 1955-ci ildə istehsal olunmuş "Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe"-dir. Mercedes-Benz yarış bölməsi tərəfindən cəmi iki prototip hazırlanıb və onlardan biri 2022-ci ildə 135 milyon avroya (təxminən 158 milyon dollar) hərracda satılıb.

Bununla yanaşı, indiyə qədər istehsal edilən ən bahalı avtomobil isə "Rolls-Royce La Rose Noire Droptail" hesab olunur. Bu model xüsusi sifariş əsasında hazırlanıb və cəmi dörd ədəd istehsal olunub. Onların arasında La Rose Noire ən bahalı versiya kimi seçilib.

"True Love" adı ilə tanınan bu avtomobil özünəməxsus rəng çalarları ilə diqqət çəkir. Korpus işıqlandırmadan asılı olaraq rəngini dəyişir. Bu effekti əldə etmək üçün Rolls-Royce mühəndisləri 150-dən artıq sınaqdan keçiriblər.

Modelin dizaynında həm "1912 Silver Ghost", həm də "1930 Phantom Brewster New York Roaster" klassiklərindən, eləcə də dəbdəbəli yaxtalardan ilham alındığı qeyd olunub.

Dünyanın ən bahalı avtomobilləri və ən güclü modelləri açıqlanıb.

Rolls-Royce-un eksklüziv modeli **La Rose Noire Droptail** interyerində unikal parket mozaikası ilə seçilir. Dizaynda yer alan qızılgül ləçəkləri 1603 ədəd qara çinar şponundan hazırlanıb və əl işidir. Təkcə bu detalın yaradılması iki ilə yaxın vaxt aparıb.

Avtomobilin ön panelində isə xüsusi hazırlanmış **Audemars Piguet Royal Oak Concept Split-Seconds Chronograph GMT Large Date** saatı yerləşdirilib. Saat avtomobilin rəng sxeminə uyğun dizayn olunub və istənildikdə çıxarılaraq biləkdə taxıla bilir.

Modelin digər özəlliklərindən biri karbon lifindən hazırlanmış çıxarıla bilən dam və "Mystery Red" ilə "True Love Red" çalarlarında dəri oturacaqlardır. Avtomobil 6,75 litrlik V12 turbomühərriklə təchiz olunub, təxminən 600 at gücü hasil edir və 0-dan 100 km/saata beş saniyəyə çatır.

Ən bahalı avtomobillər siyahısında **Bugatti La Voiture Noire** da yer alır. Bu model 1936-cı ildə istehsal edilən "Bugatti Type 57SC Atlantic"dən ilhamlanaraq hazırlanıb və qiyməti 18,7 milyon dollardır.

Dünyanın ən bahalı 10 avtomobili:

1. Rolls-Royce La Rose Noire Droptail - 30 milyon dollardan çox
2. Rolls-Royce Boat Tail - 28 milyon dollar
3. Bugatti La Voiture Noire - 18,7 milyon dollar
4. Rolls-Royce Sweptail - 13 milyon dollar
5. Bugatti Chiron Profilée - 10,7 milyon dollar
6. Bugatti Centodieci - 8,8 milyon dollar
7. Mercedes-Maybach Exelero - 8 milyon dollar
8. Pagani Huayra Codalunga - 7,7 milyon dollar
9. Pagani Huayra Imola Roadster - 6 milyon dollar
10. Bugatti Divo - 5,5 milyon dollar

Dünyanın ən güclü avtomobilləri

"Visual Capitalist"in hazırladığı reytinqdə 2025-ci ilin ən güclü 20 avtomobili açıqlanıb. Siyahıya benzin, hibrid və elektrik mühərrikli modellər daxil edilib.

Lider isə "Koenigsegg Gemera" mhiperkarıdır. 2300 at gücünə malik hibrid qurğusu ilə fərqlənən bu model dörd oturacağa sahibdir və buna görə də "ailə hiperkari" adlandırılır.

Qeyd edək ki, "La Rose Noire Droptail"in alıcısının kimliyi gizli saxlanılır. Rolls-Royce yalnız onu "seçilmiş beynəlxalq sülalənin rəhbəri" kimi təsvir edib.

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Sentyabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri