Icma.az
close
up
RU
Tarixin ən qorxunc qadını: Tələsinə düşən ölürdü FOTO

Tarixin ən qorxunc qadını: Tələsinə düşən ölürdü FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cinayətkar, yoxsa cəmiyyət tərəfindən yanlış anlaşılmış adi bir insan?.. Onun adı hələ də tarixçilər, turistlər və əfsanəsevərlər arasında maraqla müzakirə olunur.

Milli.Az bildirir ki, Laviniya Fişer Amerika tarixində ilk qadın seriya qatil olaraq tanınır. Həyatı və cinayətləri ilə bağlı çoxlu mübahisələr olsa da, Laviniya və həyat yoldaşı Con Fişer XIX əsrin əvvəllərində Cənubi Karolinanın ən qorxunc cütlüyü kimi yadda qalıb.

Laviniya 1793-cü ildə doğulub. Uşaqlıq illəri və gənclik həyatı haqda məlumatlar çox məhduddur. Bioqrafiyasında cazibədar, ağıllı və manipulyativ bir qadın olduğu yazılır.

Con Fişerlə "Six Mile Wayfarer House" adlı oteli işlədirdi. Çarleston şəhəri yaxınlığında yerləşən otel səyyahlar üçün dayanacaq yeri idi.

Əfsanəyə görə, Laviniya və Con otelə gələn qonaqları öldürərək onların pul və qiymətli əşyalarını oğurlayırdı. Laviniya zərif davranışları ilə qurbanlarını aldadır, onlara xüsusi çay təqdim edirdi. İddialara görə, bu çay zəhərli idi. Qonaqlar çay içdikdən sonra halsızlaşırdı. Daha sonra cütlük onları ya boğur, ya da xüsusi bir mexanizm vasitəsilə yataqlarından zirzəmiyə salırdı.

Daha sonra oteldə bir neçə insanın yoxa çıxması yerli əhalini narahat etdi. Bu şübhələr nəticəsində Laviniya və Con həbs edildi. Amma onlara qarşı konkret sübutların olmaması səbəbindən əvvəlcə azad edildilər. Bir müddət sonra digər cinayətlərin aşkara çıxması ilə cütlük yenidən həbs olundu.

1819-cu ildə cütlük məhkəməyə çıxarıldı. Onlar soyğunçuluq və qətllərdə təqsirli bilinərək edam cəzasına məhkum edildilər. Laviniya Fişer 1820-ci ildə asılaraq edam edildi.

Əfsanələrə görə, edam zamanı Laviniya ağ gəlinlik geyinmişdi və son sözləri belə olmuşdu:
"Mən günahsızam! Ancaq şeytanla görüşəcəyimə əminəm!"

Laviniya rəsmi olaraq ABŞ-ın ilk qadın seriya qatili kimi tanınır. Amma törədiyi qətllər ilə bağlı dəqiq heç nə sübut olunmayıb, ABŞ-ın kriminal tarixində mübahisəli sima olaraq qalır. / teleqraf.com

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri