Tarixin ən yaxşı dünya çempionatlarının reytinqi tərtib olundu Siyahı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“The Athletic” idman qəzeti tarixin ən yaxşı Dünya Kuboku turnirlərinin reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, 1970-ci ildə Meksikada keçirilən turnir siyahıda birinci yeri tutub.
Turnirin qalibi finalda İtaliyanı 4-1 hesabı ilə məğlub edən Braziliya komandası olub. Həmçinin, bu, əvəzetmələrin tətbiq olunduğu, hakimlərin sarı və qırmızı vərəqələr göstərdiyi, televiziyaların oyunları rəngli translyasiya etdiyi ilk Dünya Kuboku olub.
Reytinqin ikincisi 1982-ci ildə İspaniyada keçirilən Dünya Kuboku seçilib. Finalda İtaliya Almaniya Federativ Respublikasına (AFR) 3:1 hesabı ilə qalib gələrək, dünya çempionu titulunu qazanıb. Bu Dünya Kuboku ilk dəfə 24 komanda ilə keçirilib.
İlk üçlüyü 1986-cı ildə Meksikada keçirilən Dünya Kuboku tamamlayıb. Finalda Argentina və AFR qarşılaşıb. Oyun 3:2 hesabı ilə Argentinanın xeyrinə başa çatıb. Bu turnir Dieqo Maradonanın parlaq çıxışı ilə yadda qalıb.
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku isə siyahıda 10-cu yeri tutub. İspaniya finalda Argentinanı məğlub edərək (1-0) turnirin qalibi olub. Bu turnirdə ilk dəfə 48 komanda iştirak edib.
Tarixin ən yaxşı 10 Dünya Kubokunu təqdim edirik:
1. 1970-ci ildə Meksikada keçirilən Dünya Kuboku. Final: Braziliya – İtaliya (4:1).
2. 1982-ci ildə İspaniyada keçirilən Dünya Kuboku. Final: İtaliya – Almaniya Federativ Respublikası (AFR) (3:1).
3. 1986-cı ildə Meksikada keçirilən Dünya Kuboku. Final: Argentina – AFR (3:2).
4. 1998-ci ildə Fransada keçirilən Dünya Kuboku. Final: Fransa – Braziliya (3:0).
5. 2006-cı ildə Almaniyada keçirilən Dünya Kuboku. Final: İtaliya – Fransa (1:1, 5:3 pen.).
6. 1958-ci ildə İsveçdə keçirilən Dünya Kuboku. Final: Braziliya – İsveç (5:2).
7. 2014-cü ildə Braziliyada keçirilən Dünya Kuboku. Final: Almaniya – Argentina (1:0).
8. 1974-cü ildə AFR-də keçirilən Dünya Kuboku. Final: AFR – Hollandiya (2:1).
9. 2018-ci ildə Rusiyada keçirilən Dünya Kuboku. Final: Fransa – Xorvatiya (4:2).
10. 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku. Final: İspaniya – Argentina (1:0).
Bu mövzuda digər xəbərlər:Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlandı Siyahı
26 İyun 2025 18:59
Dünyanın ən yaxşı boksçularının reytinqi açıqlandı Siyahı
27 Fevral 2025 17:25
Tarixin ən varlı boksçularının reytinqi AÇIQLANDI
02 Dekabr 2024 13:31
“Messi tarixin ən yaxşı futbolçusudur”
07 Oktyabr 2025 11:34
Tarixin ən yaxşı futbolçusu seçildi
07 Fevral 2025 00:54
Baxış sayı:186
Bu xəbər 24 İyul 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















