Icma.az
close
up
RU
Tarixinə sahib çıxmayanın tarixini başqaları zəbt edər

Tarixinə sahib çıxmayanın tarixini başqaları zəbt edər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mən dünyanı addım-addım dolanmışam,
Sabiriyyə, Yaqutiyyə çöllərində izim qalıb...
Neçə-neçə daş kitabə yazılarda
sözüm qalıb, səsim qalıb...”

Bu sətirlər mənim öz şerimdəndir. Və indi əbəs yerə xatırlamadım.  Hələ çoxları kitab yaza bilməyəndə, kitab görməyəndə, sonralar isə kitabın guya “göydən endiyini” deyəndə bizim babalarımız İltəriş Xaqan, sonra Bilgə Xaqan, Kül Təkin, Tonyukuk Xaqan daş kitabələrə tarix yazdırdılar, türkün və dünyanın yaranışının salnaməsini yazdırdılar. Özləri yox, saraylarında xəttat Yaqbu bəy var idi. Daşlara yazıları o yazırdı...

Əgər biz bu gün öz elmimizi, axtarışlarımızı yalnız o  yazılı kitabə daşlara yönəltsək, hər sətrin  alt mənasından 7 qat taparıq. O yazılar insanlığın həyat konstitusiyası, dövləti yönətmənin qanun kitabıdır.

Bəs o daş kitabələr bizə necə gəlib çatıb?

İnsan yaranışından sonra qayda-qanunlara çətin öyrənir. Bütün əsrlərdə cəmiyyətdə doğru, əxlaqlı insanlar olduğu kimi, bu insan tiplərinin əksi də olub. Cəmiyyətlər bütöv bir toplumu tərbiyə edə bilmir.

Görkəmli tədqiatçı və arxeoloqların araşdırıb tapdıqları  VI-VII əsrlərdən yadigar qalmış daş kitabələr bizim bu günümüzə necə gəlib çatıb? Hər dövrün vandalları və  vəhşi təbiətli , qurulanı qırıb-dağıdan adamları olur.

Mən Monqolustanın Orxon vadisində- Ötükəndə  həmin daşları sındırılmış, başı kəsilmiş gördüm.  O zaman könlüm riqqətə gəldi. Yazdım ki:

Tanrının qonağı olduq,
Kutluq Xaqanın evində.
Hüzr içində bəxtiyardıq,
Kutluq Xaqanın evində.
Keşikdə durmuşdu daşlar,
Bədəndən ayrılmış başlar,
Gözümdən selləndi yaşlar,
Kutluq Xaqanın evində.

Bizim Ana yurdumuz Azərbaycanda da belə yazılı daş kitabələr olub. İpək Yolu üzərində yerləşən  yurdumuzdan  səlibçilər,  bu torpaqları zəbt etmək üçün  gələnlər keçdikcə, yurdlar viran qalıb, və o daş yazılar da vandallar tərəfindən, yeni dini gətirənlər  tərəfindən uçurulub, dağıdılıb ki, biz öz tariximizdən bixəbər olaq.

Yuxarıda qeyd etdiyim kimi hətta Ötükənin özündə belə  daş kitabələrimizi götürüb aparıb, baş daşı kimi, tikinti materialı kimi istifadə ediblər. Belə hadisələr  Uzaq Sibirdə, Qazaxıstanda, Özbəkistanda oland tarixi abidələrin və daş kitabələrin də başına gətirilib.

Mən yurdumuzun daş tarixi olan İçərişəhərdə gəzərkən hər zaman əlimi o daş divarlara, darvaza sütunlarına vururam, kürəyimi o daşlara söykəyirəm. Fikirli, dərdli olanada dərdimi daşlara, divarla, hətta ağaclara deyirəm. Mən beləcə daşlara zikr edirəm. 

Bilirsiniz niyə? Çünki daşların da ruhu, yaddaşı var. O daşlardan, divarlardan enerji alıram. Daşlar insanların səsini külələrə qoşub Tanrıya çatdırırlar.

Və bir də ki, mən Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın da müqəddəs və tarixi məkanlara gedəndə qollu-budaqlı qocaman ağacları qucaqladığı,  tarixə şahidlik edən  qoca daşları əlləri ilə tumarladığı diqqətimdən yayınmayıb.

2019-cu ilin qış ayları idi.  Yenə İçərişəhərdən keçirdim. Diqqətimi bir eybəcər mənzərə cəlb etdi. İçərişəhərin qala divarları darvazasınnı yanında daşlardan  və tariximizdən xəbəri olmayan birisi üçmərtəbəli restoran binası ucaldırdı. Bu mənzərə məni çox pərişan etdi. Evə gəlib, Azərbaycan Prezidentinə və Birinci xanıma açıq məktub yazdım. Qeyd etdim ki, “Tarixinə sahib çıxmayanın tarixini başqaları zəbt edər”. Müraciətim yayımlanan günün səhərisi bir də xəbər tutdum ki, Mehriban xanım Əliyeva  İçərişəhərə özü şəxsən gələrək, həmin hadisə yerində olub və tikintini dayandırıb.

Bəli, bizim dövlətin birinci insanları əgər tariximizə sahib çıxmağı özlərinə əsas vəzifə bilirlərsə, bizim də hər birimiz öz şəhərimizi, məhəlləmizi, kəndimizi qorumalıyıq.

Qala divarlarına, mədəniyyət abidələrinə rəngli qraffiti ilə yazı yazanlar, ölkəmizdəki mədəni abidələrə, tarixi abidələrə ziyan vuranlar  törətdikləri cinayətə uyğun olaraq,  ən böyük məbləğdə çərimələnməli və  təbiətə, şəhərə və ya tarixi abidəyə vurduqları ziyanın həddi çərçivəsində hətta həbs olunmalıdırlar.

İsveçdə, Norveçdə, Amerikada belə  xuliqanlıq edənlər 20 min avrodan çox cərimə olunurlar. O zaman biz niyə bu qaydalardan yan ötməliyik?

Daşa-divara hansısa şəhidin, və ya sevgilinin adını yazmaqla o yaşamır. Bu bir vandallıqdır. Və ya canlı ağacın bağrını yarıb, onun  gövdəsini bıçaqla cızanda, özünüzü bir onun yerinə qoyun. Təsəvvür edin ki, sizin sinənizə kimsə damğa basır və ya bıçaqla yazır. Ağrıdırmı? Bax ağacı da, daşı da elə ağrıdır.

Yox əgər sən daşa tarixi nəqqaş kimi, sevgi ilə,  həkk edirsənsə,  bu  əsər tarixlərə nişanə qalır. Daşa yazı yazmaq işini nəqqaşlara, daş yonanlara, memarlara həvalə etsək, dünya da gözəlləşər, ətrafımız da, könlümüz, gözümüz də. Özbəkistanın mərhum Birinci Prezidenti İslam Kərimov deyirdi ki: “Abadlıq könüldən başlar!”. Əvvəlcə könlünüzü abad edin, savadlanın, sonra bilin ki, bir sətir cümləni yazıb tamamlaya bilməyənin , yazdığı könül bulnadırar.
 

Aida Eyvazlı Göytürk
İpək Yolu Mədəni və Tarixi Araşdırmala İB-nin sədri,
AzTV-nin İnformasiya departamentinin böyük redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri