Icma.az
close
up
RU
Tarkan və Hadisədən son günlər baş verənlərə reaksiya

Tarkan və Hadisədən son günlər baş verənlərə reaksiya

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Məşhur müğənnilər Tarkan və Hadisə Türkiyədə baş verən proseslərə reaksiya veriblər.
Yeniavaz.com
xəbər verir ki, onlar bu barədə öz sosial media hesablarında yazıblar.
“Demokratiyanın fəzilətlərinə və əhəmiyyətinə inanan biri kimi mən həmişə ən sadə hüquqlarımızın təminatı üçün səsimi ucaltmışam. Bəzən qadınların və uşaqların təhlükəsizliyi, gələcəyi, bəzən təbiət və heyvan haqları, lakin ən çox müstəqil və ədalətli hüquq sistemi üçün səsimi qaldırmışam.
Uzun müddətdir davam edən haqsızlıqlar, qeyri-qanuni məhkəmələr və qanuni prosedurlara uyğun gəlməyən proseslər nəticəsində bu gün insanların demokratiyaya hər zamankindən daha çox sarıldığını görmək ümidvericidir.
Xalqımızın ədalətsizliyə qarşı siyasi anlayış və oyanışla bir yerdə olması məni qürurlandırır, duyğulandırır.
Daha ədalətli və azad gələcək naminə qanunun aliliyinin təmin edilməsinə və qorunmasına inamımızı itirmədən həmrəy olduğumuzu görmək çox xoşdur.
Ümid edirəm ki, bu demokratiya mübarizəsi yorğun ümidimizə yeni tumurcuqlar verər və ölkəmizi daha dinc günlər gözləyər”, - “Meqastar” “X” hesabında yazıb.
Hadisə isə bildirib ki, həqiqi azadlığın və bərabərliyin mənası fərqli düşünən insanların birgə yaşamasıdır:
“Ədalət və azadlıq uğrunda yan-yana dayana bilmək ən vacib şeydir. Mən illərdir ədalət, azadlıq, bərabərlik kimi dəyərləri müdafiə edirəm və bu yolda qətiyyətlə addımlamağa davam edirəm. Son günlər baş verənləri böyük kədərlə izləyirəm.
Gənclər hüquqlarını müdafiə etmək, səsini çıxarmaq istədikləri zaman qarşılaşdıqları maneələrlə mübarizə aparırlar. Bütün ümidlərimizi bağladığımız gənclərimizin ümidlərini qırmadan azad şəkildə yaşamalarına mane olmamaq lazımdır. Çünki bu ölkənin əsl gələcəyi gənclərimizin əlindədir”.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri