Icma.az
close
up
RU
Tarlaları qorumaq üçün 120 min iquanı məhv edəcəklər

Tarlaları qorumaq üçün 120 min iquanı məhv edəcəklər

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Tayvan hakimiyyəti kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran yaşıl iquanların sayını azaltmaq üçün 120 min sürünəni məhv etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Yaşıl iquanlar mərkəzi Amerika və Karib hövzəsində yayılmış sürünənlərdir. Onlar Tayvana ekzotik ev heyvanları kimi gətirilib. Lakin bu sürünənləri ev şəraitində saxlamaq çətin olub, çünki onlar 2 metrə qədər böyüyə, 20 kiloqrama qədər çəkiyə çata və 20 ilə qədər ömür sürə bilirlər.

Təbiətə buraxılan iquanlar sürətlə çoxalıb və hazırda onların populyasiyası 200 minə çatır. Tayvanda bu sürünənlərin təbii düşmənlərinin olmaması kənd təsərrüfatı ərazilərində onların geniş yayılmasına və əkinləri yeməsinə şərait yaradıb.

Tayvanın meşə təsərrüfatı və təbiəti mühafizə agentliyinin məlumatına görə, 2024-cü ildə ovçuluq qrupları təxminən 70 min iquanı məhv edib. Lakin yaşıl iquanlar bir dəfə yumurtlayanda 80-ə qədər yumurta qoya bilirlər ki, bu da onların populyasiyasını tez bərpa etməyə imkan verir.

Hakimiyyət orqanları əhalidən iquan yuvalarının aşkar edilməsinə kömək etməyi xahiş edib. Onlar heyvanların məhv edilməsi üçün ən humanist üsul kimi balıqçılıq mizraqlarından istifadəni tövsiyə edirlər.

Bundan əvvəl alimlər Afrika adalarından birində yırtıcı siçanların məhv edilməsi üçün adanın zəhərlənməsini təklif etmişdilər. Bu siçanlar yerli quş növlərini yeyərək onların populyasiyasına ciddi təhlükə yaradırdı.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri