Icma.az
close
up
RU
Tarzən Zamiq Əliyev: Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz

Tarzən Zamiq Əliyev: Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı Xalq artisti, tarzən Zamiq Əliyev olub.

Zamiq Əliyev televiziya verilişlərində az-az görünməsinin səbəbini belə izah edib:

"Mən o kanaldan bu kanala qaçmıram, sadəcə özümə layiq olan proqramlara qatılıram. Bu gün sənətçiləri ancaq efir vasitəsilə tanıyırlar. Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz. Gərək izləyici sənin üçün darıxsın, verilişdə səni görəndə kanalı dəyişdirməsin. Təəssüf ki, indiki sənətçilərimiz hər gün efirdədir, bir gündə 5 dəfə kanala çıxırlar. Bu, düzgün deyil, xalqın gözü tərəzidir. Sənət adamı yaradıcılığı ilə millətə özünü sevdirməlidir".

Xalq artisti, həmçinin Azərbaycanın qədim və zəngin musiqi janrı olan muğam sənətinə marağın azalmasından şikayətlənib:

"Təəssüf ki, bu gün muğamın meydanı yoxdur. Muğam ifaçılarımızın hamısı mahnı oxuyur. Əlbəttə, onları qınamıram. Çünki muğam oxuyana qulaq asan yoxdursa, nə etsinlər? Mahnı oxumalıdırlar ki, onları da toya çağırsınlar. Buna görə də muğamımız ikinci cərgədə, arxada qalıb".

Zamiq Əliyev keçmiş və indiki sənətçilər arasındakı münasibətlərdən də danışıb. O, vaxtilə sənət adamları arasında birliyin olduğunu xatırladıb:

"Bizim gəncliyimiz Filarmoniya bağında keçərdi. Çünki toy məclislərinə xanəndə aparmaq üçün həmişə oraya gələrdilər. Baş tərəfdə xanəndələr əyləşirdilər. Biz isə böyük sənətkarları - Hacı Məmmədov, Həbib Bayramov, Sərvər İbrahimov və digərlərini görəndə gizlənərdik ki, onlarla üz-üzə gəlməyək. Bir-birimizə qarşı çox böyük hörmət var idi".

Ətraflı Baku TV-nin süjetində:

Tarzən Zamiq Əliyev: "Özünə hörmət edən sənət adamı efirdə hər gün görünməz"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri