“Tasnim”: “Bakı və İrəvanın birbaşa təması, Rusiyanı prosesdən kənarda qoyub”
Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Moskvanın Gürcüstana təsir cəhdi bütün Cənubi Qafqaz regionuna təsir etmək məqsədi daşıyır və Ermənistan və Azərbaycan üçün ciddi nəticələr verə bilər”. Tribunainfo.az xəbrər verir ki, bu iddia ilə İranın “Tasnim” Agentliyi çıxış edib.
Yazıda qeyd edilir ki, İrəvanla Bakı arasında sülh danışıqlarında irəliləyişin olmaması razılığa gəlmək üçün qısa fürsəti məhv edə bilər. “Çoxsaylı çağırışlara baxmayaraq, Azərbaycan və Ermənistan münaqişənin həlli istiqamətində mərhələli, lakin mühüm addımlar atıblar. İki ölkə Rusiyanın müdaxiləsi olmadan ümumi sərhədlərinin müəyyən hissələrinin demarkasiyasına və işarələnməsinə nail olub və bu proses davam edir”.
“Tasnim” hesab edir ki, Rusiyanın Zəngəzur dəhlizi üzərində nəzarəti əldə saxlamaq üçün cəhdləri də Bakı və İrəvanın birbaşa danışıqlar aparması və Kremli bu prosesdən kənarda qoymasından qaynaqlanır. “Belə bir şəraitdə Kreml regionda təsir rıçaqlarını saxlamaq üçün Rusiya qüvvələrinin Azərbaycanla Ermənistan arasında təklif olunan, Zəngəzur dəhlizi kimi tanınan kommunikasiya marşrutu boyunca yerləşdirilməsində rolunu artırmağa çalışır. Lakin İrəvanın bu qüvvələrin yerləşdirilməsinə qəti etirazı Moskvanın bu istiqamətdəki cəhdlərini puça çıxarıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















