“Tasnim”: Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkəyə ixracı ABŞ ilə müzakirə olunmayıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zənginləşdirilmiş uranın İrandan üçüncü ölkələrə ixracı məsələsi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ-la aparılan danışıqlarda müzakirə olunmayıb.
APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfi nə danışıqların üçüncü raundu zamanı, nə də əvvəlki danışıqlar zamanı bu məsələni qaldırmayıb.
Həmçinin ABŞ İranın nüvə enerjisinin dinc məqsədlər üçün inkişafı proqramı çərçivəsində uranın zənginləşdirilməsi prosesini sıfıra endirməkdə israrlı olmayıb.

Rusiya zənginləşdirilmiş uranın ABŞa ixracını məhdudlaşdırıb
15 Noyabr 2024 21:47
ABŞ İranla zənginləşdirilmiş uran ixracını müzakirə edib?
26 Aprel 2025 23:04
Rusiya zənginləşdirilmiş uranın ABŞyə ixracına məhdudiyyət qoyub
15 Noyabr 2024 19:10
Rusiya zənginləşdirilmiş uranın ABŞa ixracına məhdudiyyətlər qoyub
18 Noyabr 2024 08:39

