Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Tatarıstanın Nijnekamsk şəhərində yerləşən “Nijnekamskneftexim” neft emalı zavodunda pilotsuz uçuş apartlarının hücumu nəticəsində yanğınla müşayət olunan güclü partlayış qeydə alınıb.
Bu barədə “ArbatMedia” məlumat yayıb.
Məlumata görə, partlayışı şəhərin bir çox hissələrindən görmək mümkün olub. Şəhər sakinləri sosial şəbəkələrdə bildiriblər ki, güclü partlayışdan sonra güclü titrəyiş hiss ediblər və sənaye zonasının yaxınlığındakı binaların divarları partlayışın təsirindən titrəyib.
Nijnekamsk şəhərinin meri Radmir Belyaev isə bildirib ki, “Nijnekamskneftexim”də baş vermiş yanğın artıq lokallaşdırılır. Mer partlayışın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:Tatarıstanda PUA təhlükəsi elan edildi
22 Fevral 2026 01:40
Tatarıstanda zavodda partlayış oldu
03 Aprel 2026 21:55
Tatarıstanda PUA hücum təhlükəsi elan edilib
11 Mart 2025 09:22
Tatarıstanda kimya zavodunda güclü partlayış Ölənlər və onlarla yaralı var
01 Aprel 2026 09:42
Ukrayna PUA larla Tatarıstanda neft anbarlarına hücum edib
23 Noyabr 2026 09:33
Baxış sayı:127
Bu xəbər 31 Mart 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















