Icma.az
close
up
RU
Tatarıstanlı uşaqlar COP29da planetin qorunması layihəsini təqdim etdilər

Tatarıstanlı uşaqlar COP29da planetin qorunması layihəsini təqdim etdilər

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "Tatneft" neft şirkəti Azərbaycanda keçirilən COP29-da məktəblilərin ekoloji təhsili üzrə unikal layihə təqdim edib.

Bu barədə "Tatneft"in informasiya siyasəti idarəsinin rəisi Aygül Alparova Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, COP tarixində ilk dəfə olaraq Rusiya nümayəndə heyətinin tərkibində uşaqlar - Tatarıstandan olan 8-9-cu sinif şagirdləri iştirak edirlər.

Alparova kənd məktəbindən olan Məryəm və şəhər məktəbindən olan Marselin "Tatneft" tərəfindən yaradılmış məktəb biolaboratoriyalarında məşğul olduqlarını vurğulayıb.

"Biz uşaqlara bitkilərin mikroklonlaşdırılması ilə məşğul olmaq imkanı veririk ki, onlar tədqiqatlara, elmə cəlb olunsunlar, gələcəyin peşələrini öyrənsinlər", - deyə Alparova izah edib.

Onun sözlərinə görə, ağac əkən və bitkilərə həssas yanaşan belə uşaqlar heç vaxt təbiətə ziyan vurmazlar.

"Bu, tamamilə fərqli düşüncəyə malik uşaqlardır", - deyə "Tatneft"in nümayəndəsi vurğulayıb.

Məryəm və Marsel biolaboratoriya və istixanalardakı işləri haqqında ətraflı məlumat veriblər. Proses torpağın və qida mühitinin hazırlanmasından tutmuş bitkilərin çiliklənməsi və adaptasiyasına qədər bir çox mərhələləri əhatə edir. Bütün bunlar xüsusi boksların steril şəraitində baş verir. Uşaqlar bütün mərhələlərdə təbiətə məsuliyyətlə və qayğı ilə yanaşmağı öyrənirlər.

Layihə təkcə ekodüşüncəli nəsli dəstəkləmir, həm də uşaqlara bitkiləri istixana səviyyəsinə qədər yetişdirmək imkanı verir. Məktəblilər "in vitro" üsulu ilə bitkiləri klonlaşdırır, onları müəyyən ölçülərə qədər yetişdirir, sonra istixanalara əkirlər. Orada bitkilər torpağa əkilə biləcək ölçülərə qədər böyüdülür. Bundan sonra "Tatneft" və Tatarıstanın meşə təsərrüfatları bu bitkiləri uşaqlardan alır və kompensasiya əkinləri çərçivəsində sənaye miqyasında əkirlər.

Bu ekoloji layihə çərçivəsində 3 il ərzində artıq 30 min ting və ağac əkilib.

"Tatneft" təkcə uşaqlara ekoloji düşüncə inkişaf etdirməyə kömək etmir, həm də təbiətin qorunmasına öz töhfəsini verir.

Layihənin kuratoru Rinat Lakupov qeyd edib ki, "Tatneft"in 9 biolaboratoriyasında uşaqlar tədqiqat və layihə işləri ilə məşğul olurlar.

Bəzilərində, məsələn, cəmi 500 nəfər əhalisi olan Malbaquş kəndində laboratoriyalardan istixanalara və adaptasiya meydançalarına qədər tam dövrə var. Şirkət biologiya və ekologiya ilə maraqlanan daha çox uşağı cəlb etmək üçün müxtəlif yaşayış məntəqələrini əhatə edir.

"Biz çox şadıq ki, məhz uşaqlar planetin qorunmasına və onun gələcəyinə necə töhfə verdiklərini öz gözləri ilə görür və danışırlar ", - deyə Aygül Alparova qeyd edib.

O, Rusiya nümayəndə heyətinə və Azərbaycan tərəfinə uşaqların COP29 platformasında çıxış etməsinə icazə verdikləri üçün təşəkkür edib, çünki bu, məktəblilər üçün böyük motivasiya və qürur mənbəyidir.

Rufina Abdullayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri