Tatlısəsin qızı sərbəst buraxıldı
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bodrumda avtomobilini polis əməkdaşının üzərinə sürmək ittihamı ilə saxlanılan müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak şərti olaraq sərbəst buraxılıb.
Axşam.az xəbər verir ki, “növbətçi zabiti hədələmək” və “məmurun öz vəzifəsini yerinə yetirməsinə mane olmaq” maddələri ilə ittiham olunan Çıtak hakimin hökmü ilə şərti azadlığa çıxıb.
Dilan məhkəmə binasından çıxarkən jurnalistlərə "Üzr istəyirik, kiçik bir anlaşılmazlıqdır, həll ediləcək" deyib.
Qeyd edək ki, ötən gün Dilan yolda hərəkət təhlükəsizliyini pozub və polis onu saxlayaraq sürücülük vəsiqəsini istəyib. Çıtak qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis havaya atəş açaraq onu saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 İyul 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















