Icma.az
close
up
RU
Tatoyan zəhərli xəbərlər tirajlayır

Tatoyan zəhərli xəbərlər tirajlayır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın sabiq ombudsmanı unudulmamağa cəhd göstərir 

Erməni xislətinə xas olan əsas xüsusiyyətlərdən biri yalan danışmaqdır.  Bunu həm sıravi, həm də vəzifəli hayların danışıqlarında aydın sezmək olur. Belələri fürsət düşdükcə Azərbaycana qarşı əsassız-sübutsuz fikirlər səsləndirir, ittihamlar yağdırırlar. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan belə bir fikir irəli sürüb ki, guya, “Azərbaycanda Ermənistanda anadan olmuş 100 mindən çox azərbaycanlının bu ölkəyə köçürülməsi üçün qeydiyyata alınmasının başa çatdığı barədə rəsmi elan verilib”. O, “arqument” kimi Qərbi Azərbaycan İcmasının (QAİ) üzvlük vəsiqəsinin fotosunu paylaşıb. Bildirib ki, bu, “Ermənistanın işğalının sübutudur”. Vəsiqənin üzərində ata yurdunun “Qərbi Azərbaycan” olaraq qeyd edilməsi də Tatoyanı bərk narahat edib.

İlk növbədə, belə bir sənədə görə Azərbaycanı işğalçılıq siyasəti aparmaqla günahlandırmaq olduqca absurddur. Çünki həmin üzvlük vəsiqəsinin, yəni Tatoyanın təqdim etdiyi fotonun rəsmi dövlət sənədlərinə heç bir aidiyyəti yoxdur. QAİ Azərbaycan dövlətini təmsil edən hər hansısa rəsmi qurum deyil, qeyri-hökumət təşkilatıdır. O, vətəndaş cəmiyyəti olaraq müstəqil fəaliyyət göstərə,  ideyalar irəli sürə bilər. Həmin sənəd də adi üzvlük vəsiqəsidir. Bunu “köçürülmə proqramı”, “işğal siyasəti” kimi təqdim etmək həyasızlığın pik həddidir. Hətta Ermənistan mətbuatı da təsdiqləyib ki, Bakının yüz minlərlə azərbaycanlının Ermənistana köçürülməsi məqsədilə qeydiyyata alınması barədə heç bir rəsmi açıqlaması olmayıb.

Xatırladaq ki, 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş icma 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış (İcma), indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qurum bəyan edib ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Göründüyü kimi, burada işğala çağırışdan söhbət belə getmir. Əksinə, qayıdışın dinc məqsədlə həyata keçirilməli olduğu deyilir.  

Bu arada əgər Azərbaycanın Ermənistanı işğal etmək kimi bir planı olsaydı, bunu 44 günlük Vətən müharibəsi dövründə edərdi. Həmin vaxt çox yaxşı fürsət yaranmışdı ki, Azərbaycan Silahlı Qüvvələri daha da irəli getsin. Prezident ­İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Müxbirin  Zəngəzur dəhlizi ilə bağlı sualına cavab verən dövlət başçısı bildirib: “İkinci Qarabağ müharibəsi bizim qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik...”. 

Qeyd edək ki, sabiq ombudsmanın irəli sürdüyü iddiaların heç bir fakta əsaslanmamasına baxmayaraq, bu cür açıqlamalarla gündəmə gəlməsi məqsədli xarakter daşıyır. Tatoyan uzun müddətdir ki, siyasi ambisiyalar nümayiş etdirir və “milli maraqların qorunması” bəhanəsi ilə özünə informasiya gündəmi formalaşdırmaqla karyera qurmağa çalışır. Onun bu cür təbliğatlar aparması isə müəyyən siyasi dairələr üçün əlverişlidir. Yalnız erməni revanşistlər iki ölkə arasında gərginliyin davam etməsində maraqlıdır. Onlar 8 avqustda ABŞ-da imzalanan bəyannaməni də qısqanclıqla qarşılayırlar. Sülh prosesini pozmaq və hərtərəfli sülh müqaviləsinin imzalanmasına mane olmaq Tatoyan kimilərinin arzusudur. 

Maraqlıdır ki, “öz gözündə tiri görməyib”, başqasını ittiham edən “hüquq müdafiəçisi” Tatoyan bu günlərdə Ermənistanda qondarma “Dağlıq Qarabağ”a görə keçirilən saysız-hesabsız mitinqlərdən niyə söhbət açmır? Halbuki bu aksiyaların əsas şüarlarında Azərbaycanın əzəli torpaqlarına ərazi iddiaları səsləndirilir, hətta silaha sarılmaq üçün çağırışlar edilir. “DQMV”-nin süqutunu hələ də qəbul etməyənlər onun beynəlxalq aləmdə tanınmasına çalışırlar. Saxta “prezident”, “xin” və digər dırnaqarası qurumların Ermənistanda “fəaliyyəti” kimin işğalçı zehniyyətə malik olduğunu göstərir. 

Samir Hümbətov,
politoloq

Tatoyanın səsləndirdiyi fikirlər bir daha göstərir ki, İrəvanda hələ də ultra millətçi və ifrat mövqeli qruplar fəaliyyətini davam etdirir. Onların əsas məqsədi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane olmaq, revanşist çağırışlarla cəmiyyəti çaşdırmaqdır. Halbuki Qərbi Azərbaycan İcmasının (QAİ) üzvlük vəsiqələri, arxiv sənədləri və digər tarixi faktlar vaxtilə həmin ərazilərdə azərbaycanlıların yaşadığını, onların tarixi köklərə malik olduğunu sübut edir.

Bu həqiqəti siyasiləşdirmək, populist şouya çevirmək və bundan siyasi dividend qazanmağa çalışmaq isə yalnız destruktiv dairələrin maraqlarına xidmət edir. Tatoyan və onun kimilərinin bu yanaşması nə Ermənistanın gələcəyinə, nə də regionun sabitliyinə fayda verir. Əksinə, bu cür ritorika cəmiyyətdə gərginliyi artırır, sülhə qarşı etimadsızlığı dərinləşdirir.

Əlbəttə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlıların öz tarixi torpaqlarına, yəni indiki Ermənistan ərazilərinə qayıdışı, orada dinc məskunlaşması mümkün ola bilər. Bu, beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına və məcburi köçkünlərin geri dönüş hüququna tamamilə uyğundur. Bu səbəbdən məsələnin siyasi oyuna çevrilməsi, süni şəkildə manipulyasiya edilməsi əsla düzgün yanaşma deyil.

Tatoyanın mövqeyinə diqqət yetirsək, görərik ki, o, əslində Qarabağ klanına yaxın qrupların maraqlarını müdafiə edir. Onun səsləndirdiyi fikirlər şəxsi düşüncə deyil, müxtəlif güc mərkəzlərinin təsiri altında formalaşan tezislərdir. Başqa sözlə, Tatoyan Qarabağ klanının və onlara bağlı revanşist dairələrin səsini tirajlayan bir alətdir. Bu baxımdan, onun açıqlamalarını cəmiyyətin real istəklərinin ifadəsi kimi yox, köhnə rejim qalıqlarının sifarişli bəyanatları kimi qəbul etmək lazımdır.

Zaur Məmmədov,
Bakı Politoloqlar Klubunun sədri

Ermənistanın sabiq ombud­smanı, ümumiyyətlə, militarist və revanşist mövqedədir. Nikol Paşinyan hakimiyyətdə olarkən belə, o, müəyyən mövqelərini ortaya qoysa da, hazırda hökumətə qarşı müxalif mövqeyi ilə seçilir və Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinə qarşı çıxır, Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edir. Bu ombudsman həmin dövrdə Ermənistan hakimiyyətində təmsil olunurdu və rəsmi Bakı-İrəvan danışıqlarında pozucu fəaliyyət göstərirdi. O, dünya miqyasında Azərbaycanı müxtəlif məsələlərdə ittiham edirdi və həmin dövrdə xarici dairələrlə əlaqədə olması şübhə doğururdu.

Vaşinqton görüşü baş tutduqdan sonra artıq ərazi iddiaları məsələlərinə nöqtə qoyulub. Görüş nəticəsində tərəflər gələcəyə hansı zəmində baxacaqlarını müəyyən ediblər və heç bir üçüncü tərəfin buna müdaxilə haqqı yoxdur. Ombudsman və digər müxalif qüvvələrə tövsiyə olunur ki, öz mövqelərinə baxsınlar və görsünlər ki, əslində kim ərazi iddiası irəli sürür.

Qərb Azərbaycan İcmasının fəaliyyəti Ermənistan hakimiyyətində ciddi təzyiq yaratdı. Hələ də Qarabağ erməniləri və bəzi separatçı qruplar öz “müstəqillik” iddialarını irəli sürür, “DQR parlamenti” və “DQR” adlandırılırlar. Ermənistan müxalifəti və bəzi siyasətçilər sentyabrın əvvəllərində bu razılaşmaları tanımayacaqlarını bildirdilər. Bu, göstərir ki, yalnız ombudsman və müxalifət deyil, həm də diaspor və separatçı qruplar məsələni pozmaq istəyirlər. 

Qarşı tərəf razılaşmalara əməl etməli və keçmişə bağlı  fikir yürütməməlidir. Tarix göstərir ki, 1918-20 və 1990-cı illərdə haylar bölgədənkənar qüvvələr üçün “maşa” rolunu oynayıb. Əgər gələcəkdə də buna cəhd etsələr, yalnız özlərinə zərər vermiş olacaqlar.

Musa Bağırlı
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri