Icma.az
close
up
RU
Taurus Kiyevə Krım körpüsünün vurulması üçün verilir Financial Times

Taurus Kiyevə Krım körpüsünün vurulması üçün verilir Financial Times

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

"Financial Times"in (FT) yaydığı məlumata görə, bunu Almaniyann gələcək kansleri Fridrix Merz deyib.
Putindən Qərbə raket şoku: Yeni və unikal hipersəs sistemlər yaradılır Nəşr yazıb ki, kansler "Taurus"la bağlı niyyətini Kiyevin mövqelərini gücləndirmək və Rusiya prezidenti Vladimir Putini güzəştə getməyə məcbur etməklə izah edib.
Merz Rusiyanın Sumiyə zərbə endirməsini də pisləyib. Siyasətçi bunu ciddi müharibə cinayəti adlandırıb. O, rəsmi Kiyevin döyüş meydanında irəliləmək üçün köməyə ehtiyacı olduğunu bildirib.
Ukrayna uzun müddətdir ki, Almaniyadan “Taurus” raketlərini istəyir. Lakin Almaniya hakimiyyəti həmişə belə bir mühüm silahın ukraynalılara təhvil verilməsindən imtina edib. İndi gələn ay kansler vəzifəsini başlayacaq Merz bunu etməyə hazır olduğunu aşkar şəkildə bəyan edir. Bununla belə siyasətçi məlum məsələlərdə avropalı müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edəcəklərini də gizlətməyib.
"Bu, birgə razılaşdırılmalıdır. Əgər razılaşdırılarsa, Almaniya da məlum silahlandırmada iştirak etməlidir", - deyən Merz Britaniya, Fransa və Amerikalıların artıq Ukraynaya uzaqmənzilli raketlər tədarük etdiyini bildirib.
Maraqlıdır ki, "Financial Times" Merzin "Taurus" qərarının ukraynalıların məhz Krım körpüsünü dağıda bilmələri üçün verildiyini yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri