Icma.az
close
up
RU
Taxıl əkinlərinə subsidiya dəstəyi

Taxıl əkinlərinə subsidiya dəstəyi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Aqrar Subsidiya Şurası verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.

Bu addım ölkə Prezidentinin 5 mart 2026-cı il tarixli fərmanı ilə yaradılmış yeni dövlət dəstəyi mexanizmi çərçivəsində “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsinə uyğun olaraq atılıb.

Yeni qərara əsasən, birillik əkinlərin istehsalı üçün bankların vəsaitləri hesabına fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsi dövlət büdcəsi hesabına ödəniləcək. Kreditlər çəltik, qarğıdakı, darı, sorqo, digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci), günəbaxan, kartof, tərəvəz, pambıq, şəkər çuğunduru, tütün və soya kimi bitkilərin istehsalı üçün götürülə bilər.

Bundan əlavə, şuranın qərarı ilə 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasında kartof, tərəvəz və bostan əkinləri üzrə subsidiya əmsallarına yenidən baxılıb. Yeni subsidiya əmsallarında müasir suvarma altındakı əkinlərə hər hektar üçün ənənəvi suvarma ilə müqayisədə 150 manat artıq əkin subsidiyası ödəniləcək.

Şuranın qərarı ilə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə yeni qayda müəyyən edilib. Bununla yanaşı, mövcud regionlaşmaya əlavə olaraq mavigilə üzrə əkin subsidiyası Quba-Xaçmaz iqtisadi rayonunda, pambıq üzrə məhsul subsidiyası Ağsunun Göydəlləkli kəndində, tütün üzrə məhsul subsidiyası Naxçıvan Muxtar Respublikasında, işğaldan azad edilmiş ərazilərdə salınan super-intensiv şaftalı (nektarin) bağları üzrə əkin subsidiyası Xocavənd rayonunda tətbiq ediləcək.

2026-cı ildə buğda üzrə cəmi əkin sahəsi 10 və ya arpa üzrə cəmi əkin sahəsi 100 hektardan artıq olan fermerlər tərəfindən sertifikatlı toxum istifadə edilmədikdə əkin subsidiyası 20 faiz azaldılmaqla ödəniləcək. Məhz bu səbəbdən fermerlərin növbəti dövr payızlıq əkinlər üçün toxum hazırlığını və tədarükünü həyata keçirərkən bu tələbləri indidən nəzərə alması vacibdir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri