Icma.az
close
up
RU
Taxıl sahələrindən 2 386 294 ton məhsul yığılıb

Taxıl sahələrindən 2 386 294 ton məhsul yığılıb

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu günədək 707 197 hektar sahədə biçin aparılıb, taxıl üzrə orta məhsuldarlıq 33,7 sentnerə çatıb 

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb.

Mövsüm ərzində 707 197 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 386 294 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,7 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 311 171 hektar buğda, 396 026 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 131 941 ton buğda, 1 254 352 ton arpa yığılıb. Buğda sahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.

Artıq Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 24 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 39 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1 159 kombayn iştirak edir. Bunlardan 467 kombayn “Aqroservis” ASC-nin, 692 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (61 kombayn), Qazax (54 kombayn), Qəbələ (54 kombayn), Xaçmaz (52 kombayn), Oğuz (50 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri