Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Taxt oyunları: Dünya yeni formatlamanın astanasında... Anar Qasımov yazır

Taxt oyunları: Dünya yeni formatlamanın astanasında... Anar Qasımov yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Anar QASIMOV
Naxçıvan

Dünya yeni və olduqca ciddi bir sınama ilə üz-üzədir. Birinci və İkinci Dünya müharibələrindən az əvvəlki geosiyasi vəziyyət necə idisə, təxminən, bu gün də elə bir hal dünyanı öz ağuşuna alıb. İndi insanların qorxaraq dilə gətirdikləri "Yeni bir dünya müharibəsimi baş verir?" sualı bir çox analitiklər tərəfindən "Bəli" olaraq cavablandırılır. Texnologiyanın, hətta süni intellektin həlledici olduğu XXI yüzilliyin diktəsi və əvvəlki iki Dünya müharibəsindən çıxarılan nəticələr III Dünya müharibəsinin baş verəcəyi təqdirdə, onsuz da, bu müharibənin əvvəlkilərdən fərqli şəkildə cərəyan edəcəyini çoxdan ortaya qoymuşdu. Böyük fizik Albert Eynşteynin XX əsrdə söylədiyi bu fikirlər də yaşana biləcək yeni dünya müharibələrinin proqnozlaşdırılmasının mümkünsüzlüyünü təsdiq edirdi: "Üçüncü Dünya müharibəsində nə dərəcə bir texnologiyadan istifadə olunacağını bilmirəm, amma Dördüncü Dünya müharibəsində dəyənək və daşlardan istifadə olunacaq". Əvvəlki iki Dünya müharibəsini başladan tərəf kimi Almaniyanın sonda məğlub olması və müharibə öncəsi ən güclü dövlət kimi Almaniyanın müharibələrdən sonra ən ağır nəticələrlə üz-üzə qalması da baş verə biləcək yeni Dünya müharibəsinin tamamilə fərqli formada cərəyan etməsini şərtləndirirdi. Necə ki, elə də olur.

Dünyada yeni güclərin ortaya çıxması, onların çıxarlar üçün mübarizəyə atılması və əvvəlki güc mərkəzlərinin zəifləməsi meylləri yeni bir çıxarlar müharibəsinin meydana gəlməsini qaçınılmaz qılıb. Tarixə nəzər saldıqda, proseslərin bu minvalda cərəyən etdiyini görmək heç də çətin deyil. İkinci Dünya müharibəsindən sonra ABŞ-nin SSRİ ilə birlikdə qurduğu ikiqütblü dünya nizamı Kommunist blokun çökməsi ilə birlikdə ABŞ-nin liderliyində təkqütblü dünya düzənə qədəm qoyuldu. XXI yüzilliyin başlaması ilə dünyada yeni güc mərkəzlərinin meydana çıxması, əski sistemə qarşı başqaldırmalar yeni bir dünya müharibəsini fitilini atəşlədi. Bu baxımdan uzun müddətdir ki, "Yeni dünya müharibəsi necə cərəyan edəcəkdir?" sualı artıq ölkələri düşündürür, müharibə doktrinaları yenidən yazılır, yeni bir dünya müharibəsinə hazırlıq görülürdü. Və bu gün dünyada baş verən hadisələrə nəzər yetirdikdə bunun III Dünya müharibəsindən başqa bir şey olmadığını deməyə əsas verən proseslərə şahidlik edirik.

ABŞ hegomoniyasına qarşı Avropa, İngiltərə-Çin...

İkinci Dünya müharibəsindən əsl zəfərlə çıxan və SSRİ-nin süqutu ilə birlikdə dünyanın super gücünə çevrilən ABŞ mərkəzli dünya düzəninə qarşı ən güclü təhlükə Avropa mərkəzli təşkilatlanma ilə İngiltərə-Çin ittifaqı hesab edilir. Avropanın və digər tərəfdən İngiltərə beyin mərkəzli-Çin insan resursları ilə iqtisadi gücün həyata keçirmək istədiyi stratejik addımlar, ələlxüsus, Çinin nəhəng bir ölkə kimi ABŞ çıxarlarını ən güclü şəkildə təhdid etməsi yeni bir çıxarlar müharibəsinin tətikləyən faktorlar idi. "Yumşaq güc" siyasəti ilə ABŞ-nin maraq dairələrinə təhdid yaradan Çin İngiltərə və Avropa İttifaqı ölkələrinin birgə əməkdaşlığı ilə "Bir kəmər-bir yol" iqtisad-ticari layihəsini ortaya qoyur, ABŞ-nin kənarda qoyan bu addımla Avropadan keçməklə İngiltərəyə qədər uzanan bir iqtisadi-ticari körpü yaradılması planlaşdırılır, onlarla ölkə ilə stratejik əlaqələr qurulurdu. Hətta Çin bir addım önə keçərək Avropa ölkələrindən tutmuş, Afrikaya, zəngin enerji mənbələrinə malik ərəb dövlətlərindən Rusiyaya qədər geniş coğrafiyada söz sahibinə çevrilir, bir çox ölkələrə qoyduğu milyard dollarlarla investisiyalar və yenə o miqdarda borc pullarla həmin ölkələrin bir çoxunu siyasi-iqtisadi cəhətdən özündən asılı hala gətirirdi. İngiltərə mərkəzli gücün Çinin milyonlarla gənc işçi qüvvəsi və yüksələn iqtisadi gücü ilə birləşməsi, digər tərəfdən Avropa İttifaqı ölkələrinin ABŞ-lə maraqlarının toqquşması və Avropa mərkəzli yeni bir dünya düzəni qurmaq fikri Birləşmiş Ştatların dünya hegomoniyasını ciddi təhdid kimi dəyərləndirilir və bu təhdidlərə qarşı əməli hərəkatın başlanmasını qaçınılmaz edirdi. Artıq dünya ABŞ-nin Avropa ölkələri, eləcə də İngiltərə-Çin ittifaqına qarşı yeni bir meydan oxumasına şahidlik edir, insanlar tərəfindən qorxu səbəbindən dilə gətirməkdən çəkinilən III Dünya müharibəsi təhlükəsinin ayaq səslərini duyulmağa başlanılırdı.

Rusiya-Ukrayna, Yaxın Şərq münaqişələri...

Geniş çərçivədən baxıldıqda Rusiya-Ukrayna müharibəsinin başlama səbəbi ABŞ-nin Avropa İttifaqı-Çin tandeminə qarşı atdığı böyük addım idi. Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması, Avropa ölkələrinin bunun qarşılığında Rusiyaya qarşı məcburi addımları: iqtisadi əlaqələrin kəsilməsi, enerji alımlarının dayandırılması və yaxud da azaldılması bu ölkələrin iqtisadiyyatlarında ciddi böhranların üzə çıxmasına səbəb oldu. Digər tərəfdən bu müharibənin başlaması Çinə qarşı da ciddi problemlər yaratdı. Çin üçün "Qərbə açılan forpost" adlandıra biləcəyimiz Ukraynadakı bu müharibə ilə Çini Ukraynadakı maraqlarından - bu ölkə ilə razılaşması nəticəsidə əldə etdiyi limanlardan və əkinçilik məqsədilə istifadə edilməsi nəzərdə tutulan geniş torpaq sahələrindən məhrum etdi. Beləliklə, ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bir daşda iki quş vurur, Aİ ölkələri ilə Çini bu bölgədən sıxışdırıb çıxarırdı.

Dünya Rusiya-Ukrayna müharibəsinə kilidlənmişkən arada insanlıq ilk böyük biolojik müharibə ilə tanış olurdu. Çox maraqlı bir amil kimi, Çində laboratoriyada hazırlanaraq dünyaya yayıldığı iddia edilən COVİD-19 virusu az sonra Avropa ölkələrini, xüsusilə də Çinlə çox güclü stratejik müqavilələrə imza atan İtaliyanı öz ağuşuna alır, bir anda dünya ölkələri öz sərhədlərinə qapanır, bir-birləri ilə əlaqələrini ən aşağı səviyyəyə endirirdilər. 

2023-cü ilə gəldikdə ABŞ-nin bu dəfə İngiltərə və Çin ittifaqına qarşı yeni bir addımını Yaxın Şərqdə izləyirdik. Böyük güclərin maraqlar toqquşması və İsrailin bölgədə öz maraqlarının olması regionu qan gölünə çevirirdi. İkici Dünya müharibəsindən sonra Yaxın Şərq ölkələrini terror qrupları üzərindən dizayn etməklə həmin ölkələri özündən asılı hala salan ABŞ və İngiltərə, yaxın zamanda isə bu coğrafiyaya öz iqtisadi gücü ilə müdaxil olan Çin qarşı-qarşıya gəlirdi. Çinin Yaxın Şərq ölkələri ilə iqtisadi-ticari əlaqələr qurmağa cəhd etməsi, hətta bu ölkənin ABŞ-nin dünyadakı ən güclü müttəfiqi hesab edilən İsraillə güclü əlaqələr qurması, yəhudilər tərəfindən idarə olunan güclü texnologiya şirkətlərinn ABŞ bazarlarından çıxaraq mərkəzlərini Çinə daşıması ABŞ-ni hərəkətə keçirdi. Beləliklə, 2023-cü ilin oktyabrında Həmasın İsrailə hücumu, ardınca İsrail-Həmas müharibəsi, az sonra İsrailin Livan Hizbullahına qarşı müharibəsi, eləcə də Suriyada Əsəd rejiminin süqutu, hətta Türkiyənin PKK terror təşkilatının ləğvetmə prosesləri, Çinin enerjiyə olan tələbatı üçün olmazsa-olmaz hesab edilən İrana qarşı İsrailin 12 günlük müharibəyə başlaması, ABŞ-nin İranın nüvə mərkəzlərinə hücumu, əslində, Birləşmiş Ştatların İngiltərə-Çin ittifaqına qarşı atdığı digər mühüm addımlar idi. Eyni zamanda İran, İraq kimi ölkələrin zəngin enerji mənbələrinin Suriya üzərindən Avropa ölkələrinə daşınması planı da ABŞ regiondakı bu gedişləri ilə süquta uğrayır, İngiltərənin Yaxın Şərqəki maraqları ciddi zərbə alır, Çin regiondan çıxarılır (İran istisna olmaqla), Yaxın Şərq ölkələri yenə də ABŞ-dən asılı hala salınırdı.

Panama, Süveyş kanalları, Zəngəzur dəhlizi...

ABŞ-nin İngiltərə-Çin və Avropa İttifaqı ölkələrinin yeni dünya düzəni iddiasına qarşı ən böyük zərbələrindən biri də Birləşmiş Ştatların dünya ticarət yollarını ələ keçirməsi addımları oldu. ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsinin ardından bu ölkənin Panama kanalını idarəçiliyini Çin şirkətlərindən geri alması bu ticarət yoluna nəzarətin əldə edilməsi ilə nəticələndi. Çin-İngiltərə-Avropa ölkələri arasında ən böyük ticarət marşrutu olan Süveyş kanalının Yəməndə Husi silahlı qrupları tərəfindən hədəf alınması, buradan keçən gəmilərə əl qoyulması, sığorta şirkətlərinin həmin yoldan istifadə edən gəmiləri sığortalamaqdan boyun qaçırması Süveyş kanalının fəaliyyətinə ciddi zərbə oldu. Nəticədə Çindən İngiltərə və Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə hərəkət edən gəmilərin Afrikanın cənubundan keçən daha əski marşrutdan istifadəyə yönəldi ki, bu da əlavə maliyyə vəsaitinə və daha uzun müddətə ehtiyac demək idi. Son olaraq Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə verilməsi də məhz "Orta dəhliz"də Çin-İngiltərə-Avropa İttifaqı ölkələrinin məğlubiyyətini, bir növ, rəsmiləşdirirdi.

Çin-Tayvan münaqişəsi...

Yeni dünya düzəni uğrunda mübarizədə son raundun Tayvanda baş tutacağını əminliklə söyləmək olar. Artıq Çin dənizi sularında isinmə gündən-günə artır və dünya Çinin Tayvanı ilhaq etmə niyyətinə daha da yaxınlaşır. Rusiya-Ukrayna müharibəsi vasitəsilə Avropa İttifaqı ölkələrini oyundankənar hala salan ABŞ Tayvan məsələsi ilə də Çinə son zərbə vurmağı planlaşdırır. Çin-Tayvan münaqişəsində ABŞ çıxarları baxımından ən uyğun variant kimi Tayvanın Çin tərəfindən işğal edilməsinə göz yummaq, bunun ardınca isə dünya miqyasında Çinə qarşı embarqo elan etmək və beləliklə, Çinin iqtisadi gücünün qarşısını almaq hesab edilir. ABŞ-nin son illərdə dünyadakı ən böyük mikroçip istehsalçısı olan Tayvandan bu sahə üzrə ixtisaslaşmış şirkətlərini çıxarması və Birləşmiş Ştatlara daşıması gözlənilən Çinin Tayvan işğalına qarşı ön addım kimi qiymətləndirilir.

Son olaraq, Turan birliyi ideyasının xəyaldan reallığa çevrilmə prosesinin də həmçinin ABŞ-nin maraqlarına uyğun olduğunu qeyd etməliyik. Belə ki, yeni dünya düzənində Orta Asiya ölkələrinin Çinin siyasi təsirinə qarşı vahid bir ittifaq halında mübarizə apara bilmə qabiliyyətinə yiyələnməsi həm türk dünyasının birləşməsinə, həm də ABŞ-nin Çinə qarşı əlinin güclənməsinə imkan yaradır.

P.S. Yeni dünya düzəni uğrunda mübarizənin sonlarına yaxınlaşırıq. Dünyada son dövrlərdə baş verənləri kim necə adlandırır adlandırsın, fərqi yoxdur, əsas olan bu amansız mübarizənin sonunda Türk dünyasının, o cümlədən doğma Azərbaycanımızın yeni bir yüksəliş dövrünə qədəm qoyduğunu görməkdir. Biz bunu artıq müşahidə etməkdəyik; Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Turan birliyinin qurulması üçün güclü addımlar atılır, qərarlar qəbul edilir, bəlkə də Zəngəzur dəhlizinin fəaliyyətə başlanması ilə birlikdə Avropa İttifaqı modelindən daha güclü bir Turan birliyi qarşımıza çıxacaq.

Naxçıvan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri