TAYFUN hədəfini tam dəqiqliklə vurdu
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyə Silahlı Qüvvələrinə məxsus "ROKETSAN" tərəfindən hazırlanan yerli və milli "TAYFUN" raketi uzun mənzilli sınaq atışını uğurla tamamladı.
Redaktor.az xəbər verir ki, "ROKETSAN"ın baş direktoru Murat İkinci sosial media hesabında paylaşım edərək deyib:
"Gəldi bir tufan, getdi bir #TAYFUN! Silahlı Qüvvələrimizin ən vacib vurucu güclərindən biri olan TAYFUN raketimiz, uzun mənzilli sınaq atışında hədəfini tam dəqiqliklə vurdu".
Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün də sınağın uğurla başa çatdığını vurğulayıb:
"TAYFUN, həyata keçirilən yeni sınaq atışı ilə müəyyən edilən mənzil və dəqiqlik kriteriyalarını uğurla qarşıladı. Bu test sistemin performans parametrlərini təsdiqləyərək inkişaf prosesinə mühüm töhfə verdi. Türkiyənin uzunmənzilli raket imkanlarını genişləndirmək üçün aparılan işlər uğurla davam edir. Bu uğura töhfə verən bütün komandalara təşəkkür edirəm".
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Fevral 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















