Tayland Kamboca ilə sülh müqaviləsini dayandırdı...
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
...Tayland Kamboca ilə "sülh sazişi"ndə iştirakını müvəqqəti olaraq dayandırıb.
SİA xəbər verir ki, BBC-nin məlumatına görə, sənəd cəmi iki həftə əvvəl ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanıb.
Nəşrin məlumatına görə, hökumət sözçüsü Taylandın "sülh sazişi"ni dayandırdığını elan edib.
O bildirib ki, bu qərar Sisaket əyalətində Kamboca sərhədi yaxınlığında baş verən mina partlayışında bir neçə Tayland əsgərinin yaralanmasından sonra verilib.
Öz növbəsində Kamboca ölkələr arasında uzunmüddətli sülhü nəzərdə tutan sazişə sadiq qaldığını bildirib.
Hər iki tərəf Taylandın sülh müqaviləsi adlandırmaqdan imtina etdiyi sazişi oktyabr ayında Malayziyada ABŞ prezidentinin qatıldığı mərasimdə imzalayıb.
Taylandın Baş naziri Anuthin Chanvirakoon ölkənin hərbi rəhbərliyinin "sülh sazişi"ndən çıxmaq qərarı ilə razılaşdığını bildirib, çünki "təhlükəsizlik təhdidi həqiqətən azalmayıb". Tayland mediasının məlumatına görə, əsgərlər patrul xidməti zamanı mina partlayışında yaralanıblar.
Onlardan biri ayağını itirib. Qeyd etmək lazımdır ki, Tayland və Kamboca arasındakı "sülh sazişi" mübahisəli sərhəd bölgəsindən ağır silahların geri çəkilməsi və vəziyyəti izləmək üçün müvəqqəti müşahidəçi missiyasının yaradılmasını əhatə edirdi.
Növbəti addım Tayland qüvvələri tərəfindən əsir götürülmüş 18 Kamboca əsgərinin azad edilməsi olmalı idi.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 10 Noyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















