Taysonun izi ilə: qulaq dişlənməsi MMA turnirində xaosa səbəb oldu VİDEO
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çexiyanın Brno şəhərində təşkil olunan “Clash MMA 15” qarışıq döyüş növləri (MMA) turnirində baş verən səs-küylü insident qısa zamanda MMA dünyasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
İdman.Biz xəbər verir ki, döyüş zamanı Vatslav Mikulaşek Pavol Vaskoya qarşı teykdaun fəndi tətbiq etməyə çalışsa da, cavab olaraq sol qulağından dişlənib. Epizod Mayk Taysonun iştirakı ilə baş vermiş məşhur qalmaqalı xatırladıb, lakin bu dəfə hadisə MMA qəfəsində yaşanıb.
Şok yaşayan Mikulaşekin dərhal qanaxması başlayıb. Vasko hadisə yerini tərk etməyə cəhd göstərsə də, vəziyyət sürətlə nəzarətdən çıxıb. Zərərçəkmişin sekundantları döyüşçüyə hücum edib, onlara stulları atmağa başlayan tamaşaçılar və yaxınlıqda olan digər idmançılar da qoşulub.
Maraqlıdır ki, formal olaraq döyüşçü turnirin qaydalarını pozmayıb, çünki “Clash MMA” əsas qarşılaşmanı əvvəlcədən qaydasız döyüş kimi reklam etmişdi. Buna baxmayaraq, baş verənlər rezonans doğurub və hətta belə formatlarda icazə verilən davranışların sərhədlərini sual altına alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















