Icma.az
close
up
RU
Tayvan Çini təhdid etdi: 22 min əsgər vəzifədədir, tarixin ən böyük hərbi təlimi başlayır!

Tayvan Çini təhdid etdi: 22 min əsgər vəzifədədir, tarixin ən böyük hərbi təlimi başlayır!

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tayvan Çin tərəfindən artan hərbi təzyiqlərə qarşı cavab olaraq “Han Kuang 41” adlı tarixinin ən böyük hərbi təliminə start verib.

News24.az xəbər verir ki, yerli "CNA" agentliyinin məlumatına görə, bu dəfəki manevrlər əvvəlki illərlə müqayisədə iki dəfə uzun müddət davam edəcək – tam 10 gün.

Təlimlər çərçivəsində Tayvan ordusu Çin hücumuna qarşı real ssenarilər əsasında müdafiə tədbirlərini simulyasiya edir. İlk dəfə olaraq ABŞ-dan alınmış M1A2 Abrams tankları və HIMARS reaktiv yaylım atəş sistemləri də təlimə cəlb olunub. Ümumilikdə 22 min ehtiyatda olan hərbi qulluqçunun iştirak etdiyi bu məşqlər təkcə hərbi hazırlıq deyil, həm də siyasi mesaj daşıyır.

Təlim zamanı komanda mərkəzləri, infrastruktur obyektləri, limanlar və strateji əhəmiyyətə malik adalara hücum ssenariləri tətbiq olunur. Bütün bunlar Tayvanın Pekinin təzyiqlərinə qarşı qətiyyətli cavab vermək niyyətini nümayiş etdirir.

Digər tərəfdən, Çin Tayvana qarşı “boz zona” strategiyası çərçivəsində hərbi təzyiqləri artırmaqda davam edir. Son məlumatlara görə, Çin döyüş təyyarələri ayda orta hesabla 245 dəfə Tayvan hava məkanına daxil olur, boğazın orta xətti isə ayda 120 dəfə keçilir. Bu gedişatlar bölgədə hərbi-siyasi gərginliyin daha da artacağından xəbər verir.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyul 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri