Icma.az
close
up
RU
Tayvan Rusiya neftinin ən böyük alıcısına çevrilib..?

Tayvan Rusiya neftinin ən böyük alıcısına çevrilib..?

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

O, həm də Ukraynanın müttəfiqidir...

...Ukrayna ilə açıq şəkildə həmrəy olduğunu bəyan edən və Moskvaya qarşı beynəlxalq sanksiyalara qoşulan Tayvan gözlənilmədən Rusiya naftasının (xam neftin emalı zamanı əldə edilən neft məhsulu) dünyanın aparıcı idxalçısına çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian yazır.

...Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatına görə, Tayvan 2025-ci ilin birinci yarısında 1,3 milyard dollar dəyərində rus naftası alıb.

Bu həcmlər 2022-ci ilin orta göstəricisindən demək olar ki, altı dəfə və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 faiz yüksəkdir.

2022-ci ilin fevralından bəri ada 4,9 milyard dollar dəyərində 6,8 milyon ton nafta idxal edib ki, bu da Rusiyanın bu məhsulun ümumi ixracının təxminən 20 faizini təşkil edir. Ekspertlər bunun Kreml üçün əhəmiyyətli gəlir olduğunu və müharibənin maliyyələşdirilməsinə kömək etdiyini vurğulayırlar.

Eyni zamanda, Tayvan Kiyevə diplomatik dəstəyini davam etdirir. Bazar günü xarici işlər naziri Lin Çia-long Polşada müharibədən zərər çəkmiş ukraynalı uşaqlara yardım etmək üçün müqavilə imzalayıb.

Bununla belə, adanın enerji idxalından asılılığı onu həssas edir. Rusiya qlobal elektronikanın əsası olan çiplərin istehsalı üçün vacib olan Tayvanın neft-kimya məhsulları üçün əlverişli təchizatçıya çevrildi.

Tənqidçilər qeyd edirlər ki, bu cür alışlar Tayvanın demokratik müttəfiqlərinin etibarını sarsıdır.

...Bu asılılıq təkcə Tayvanın imicini deyil, həm də təhlükəsizliyini təhdid edir.

Bunu hesabatın həmmüəllifi Hsin Hsuan Sun deyib.

Buna baxmayaraq, bəzi ekspertlər vəziyyəti siyasi seçimdən daha çox sənaye “opportunizmi” kimi qiymətləndirirlər. ...Tayvanın pulu strateji tarazlığı dəyişməyəcək. Ada ətrafında böhran baş verəcəyi təqdirdə Moskva çətin ki, Çini effektiv şəkildə dəstəkləyə bilsin.

Bunu Yeni Avrasiya Strategiyaları Mərkəzindən Con Lough qeyd edib.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Oktyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri