“Tbilisi Mall” ticarət mərkəzinin yaxınlığında keçirilən aksiyada vəziyyət sakitdir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisiyə şimal tərəfdən girişin bağlanması planlaşdırılan “Tbilisi Mall” ticarət mərkəzinin yaxınlığında keçirilən aksiyada vəziyyət sakitdir.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, aksiyada bir neçə yüz etirazçı var. Onlar əsasən ticarət mərkəzinin mərkəzi girişində cəmləşiblər. Ticarət mərkəzinin yaxınlığında polis patrulları yerləşdirilib. Etirazçılarla polis arasında toqquşma yoxdur. Zaman-zaman hökumət əleyhinə şüarlar eşidilir. Mitinqdə müxalifət nümayəndələri də iştirak edir.
Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayaraq etirazçılara bir daha xəbərdarlıq edib ki, Tbilisiyə giriş beynəlxalq əhəmiyyətli strateji yoldur və tıxanma cinayət cəzası ilə nəticələnəcək. Ticarət mərkəzinin özü adi qaydada işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















