Icma.az
close
up
RU
Tbilisi məhkəməsi Əfqan Sadıqovla bağlı qərar verdi

Tbilisi məhkəməsi Əfqan Sadıqovla bağlı qərar verdi

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Tbilisi şəhər məhkəməsi Əfqan Sadıqovun həbs müddətinin daha üç ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, qərarla Ə.Sadıqov mayın 3-dək həbsdə saxlanılacaq.

Vəkil 10 min lari girov müqabilində Ə.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin yüngül həbs qətimkan tədbiri ilə dəyişdirilməsini xahiş edib, vəsatət təmin olunmayıb.

Jurnalistin Azərbaycana ekstradisiyası məsələsinə gəlincə, prokuror Naniko Zazunaşvili bildirib ki, ekstradisiya barədə qərarı ədliyyə naziri verir və hazırda jurnalistin işi üzrə müvafiq araşdırmalar aparılır. Onun sözlərinə görə, nazir ekstradisiya haqqında qərar qəbul edərsə, sərəncam martın 4-dək icra olunmayacaq.

Qeyd edək ki, Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərarı Tbilisi şəhər məhkəməsi ötən ilin noyabrın 28-də qəbul edib. O, ötən ilin avqustun 4-də Tbilisidə saxlanılıb. Yanvarın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi onun Gürcüstandan Azərbaycana ekstradisiyasına müvəqqəti qadağa qoyub.
Xatırladaq ki, “Azel TV” xəbər portalının baş redaktoru olmuş Ə.Sadıqov 2020-ci ildə Azərbaycanda qabaqcadan əlbir olan bir qrup şəxslə xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 2022-ci ildə əfv olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 31 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see221

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri