Tbilisi merindən Avropaya qarşı sərt ittiham
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir".
Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze mətbuat nümayəndələrinə açıqlamasında bildirib.
"Avropa strukturlarından hər hansı bəyanat eşitməmişəm (çevriliş və inqilab cəhdlərinin pislənməsi ilə bağlı nəzərdə tutulur - red.), əksinə, yalnız təşviq var idi, çünki bütün bunlar onların tərəfindən planlaşdırılmışdı. Məhz onların dəstəyi və maliyyələşdirməsi nəticəsində inqilab və dövlət çevrilişi ilə əlaqəli kampaniyaya start verildi. Onların əsas məqsədi ölkədəki mövcud hakimiyyəti devirmək olub", - deyə Kaladze qeyd edib.
Siyasətçi əlavə edib ki, aparılan müşahidələrə əsasən, son illərdə Qərb nümayəndələri Gürcüstanda öz agentlərini hakimiyyətə gətirməyə və daha sonra gürcü xalqından öz şəxsi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırlar.
Qeyd edək ki, 2025-ci il oktyabrın 4-də, bələdiyyə seçkiləri günü Tbilisidə müxalifətin etiraz aksiyası keçirilib. Təşkilatçılar kürsüdən prezident sarayının açarlarını ələ keçirməyə çağırış ediblər, bundan sonra etirazçıların bir qismi yaxınlıqdakı iqamətgaha doğru hərəkət edib. Nümayişçilər hasarı uçursalar da, xüsusi təyinatlılar tərəfindən geri oturduldular.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Oktyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















