Icma.az
close
up
RU
Tbilisidə etiraz aksiyalarında əcnəbilər də saxlanılıb, onların arasında ruslar da var

Tbilisidə etiraz aksiyalarında əcnəbilər də saxlanılıb, onların arasında ruslar da var

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polis əməkdaşları Tbilisidə keçirilən aksiyalarda 8-i Rusiya vətəndaşı olmaqla 10 xarici vətəndaşı inzibati qaydada saxlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə hökumətyönlü “İmedi” telekanalı məlumat yayıb.

Gürcüstanda etirazlar üçüncü gündür ki, davam edir və etirazçılar zorakılığa əl atdıqdan sonra etirazçıların dağıdılması ilə başa çatır. İki gün ərzində polisin əmrinə tabe olmayan və xırda xuliqanlıq edən 150-dən çox şəxs inzibati qaydada saxlanılıb. “İmedi” telekanalı səkkiz Rusiya Federasiyası, bir ABŞ və bir Belarus vətəndaşı olmaqla, saxlanılanların tam siyahısını təqdim edib. Onları cərimə və ya inzibati həbs gözləyir. Xarici vətəndaşlara münasibətdə Gürcüstan hakimiyyət orqanları ölkədən çıxarılma da daxil olmaqla, başqa qərar da qəbul edə bilər.

Gürcüstanda müxalifət, onların fəalları və sadə vətəndaşlar Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər.

Hökumət qərarını elan etdikdən dərhal sonra Tbilisidə və Gürcüstanın digər böyük şəhərlərində genişmiqyaslı etirazlar başlayıb. Hökumətin verdiyi məlumatda qeyd edilir ki, etirazçılar xüsusi təyinatlılar istiqamətində pirotexniki vasitələri işə salır, atəşfəşanlıq, butulka və digər əşyalar atır, barrikadalar qururlar. Güs strukturları cavab olaraq onlara su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.

İki gün ərzində etirazlar zamanı 42 polis əməkdaşı yaralanıb, 150-dən çox insan saxlanılıb. Etirazçılara tibbi yardım lazım olub, lakin xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Gürcüstanın baş naziri bildirib ki, radikallar və onların xarici himayədarları ölkəni parçalamaq və Gürcüstanı Ukraynalaşdırmaq üçün bəhanə tapmağa çalışırlar. Onun sözlərinə görə, Kiyevdə etirazçıların güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olduqları 2013-cü ilin "Maydan" ssenarisi Gürcüstanda həyata keçirilə bilməz, çünki Gürcüstan dövləti buna imkan verməyəcək.

Hakimiyyətin qərarına gəlincə, baş nazir İrakli Kobaxidze belə izah edib: Aİ-yə üzvlüklə bağlı danışıqların başlanması məsələsi Gürcüstanı şantaj etmək üçün alət kimi istifadə olunur, necə ki, daha əvvəl bu ölkəyə Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı da baş verib. Baş nazir iddia edir ki, Gürcüstan dayanmır və Aİ ilə assosiativ saziş üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcək. Kobaxidze bildirib ki, 2028-ci ilin sonuna qədər Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamaq baxımından iqtisadi cəhətdən lazımi səviyyədə hazır olacaq.

O, həmçinin qeyd edib ki, Gürcüstan Avropa İttifaqına dilənçiliklə deyil, ləyaqətlə, işləyən demokratik sistem və güclü iqtisadiyyatla daxil olmaq niyyətindədir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri