Icma.az
close
up
RU
Tbilisidə etirazçılar gecəni parlament binası qarşısında keçiriblər

Tbilisidə etirazçılar gecəni parlament binası qarşısında keçiriblər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Tbilisidə etirazçılar hökumət rəsmilərinin çərşənbə günü 1989-cu il aprelin 9-da nümayişin yatırılması qurbanlarının xatirəsinə ucaldılmış abidəyə getməsinə mane olmaq üçün gecəni parlament binası qarşısında keçiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Etirazçılar çərşənbə axşamı axşam saatlarında mərkəzi Rustaveli prospektində toplaşıblar. Onların arasında ötən ilin dekabrında keçirilən mitinqlərdə saxlanılanların ailə üzvləri də var. Onların məqsədi baş nazir İrakli Kobaxidzenin və digər hökumət rəsmilərinin parlament binasının qarşısında yerləşən memoriala getməsinin qarşısını almaqdır.

Hər il aprelin 9-da ölkənin yüksək vəzifəli şəxsləri 1989-cu il hadisələri qurbanlarının xatirəsini yad etmək üçün buraya gəlirlər. Bu gün sovet qoşunları Gürcüstanın müstəqilliyi uğrunda keçirilən mitinqdə nümayişçiləri dağıdıb, nəticədə 20-dən çox insan həlak olub.

Hazırda parlament qarşısında vəziyyət sakitdir, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya müdaxilə etmirlər.

Gürcüstanda ötən il noyabrın 28-dən, baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlaması prosesini birtərəfli qaydada dondurduğunu elan etməsindən bəri gündəlik etirazlar keçirilir. Etirazların ilk günləri ən gərgin günlər olub, xüsusi təyinatlılar nümayişçiləri dağıtmaq üçün müxtəlif vasitələrdən istifadə edib və yüzlərlə insan saxlanılıb. Bir neçə nəfərə qarşı cinayət işi açılıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri