Tbilisidə etirazçılarla polis arasında toqquşmalar
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı küçəyə gediş-gəlişin qarşısını çadırlarla kəsən mitinq iştirakçılarını qovaraq, Çavçavadze prospektini tamamilə açıblar. Mitinq iştirakçıları yaxınlıqdakı Melikişvili prospektinə sıxışdırılıblar. Etirazçılarla polis arasında toqquşmalar başlanıb.
Polis əməkdaşları mitinq iştirakçılarını sıxışdırmağa və yolu açmağa çalışıblar. Gözyaşardıcı qazdan isifadə edilib. Nümayişçilər müqavimət göstəriblər, polisə daş atıblar. Bir neçə nəfər saxlanılıb.
Hürr Tərcüman
Baxış sayı:134
Bu xəbər 19 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















