Tbilisidə etirazların 40cı günü Aksiyaçılar Milad bayramını qeyd edəcəklər
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Tbilisidə Gürcüstan parlamentinin binası önündə 40 gündür ki, aksiyalar davam edir.
Teleqraf.com xəbər verir ki, mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Bugünki aksiyaya Milad bayramına həsr olunan yürüşlərin iştirakçıları da qatılacaq.
Yürüşlər Tbilisidəki kilsələrdən başlayaraq Rustaveli prospektinə qədər davam edəcək.
Etirazçılar Milad bayramını saat 00:00-da Rustaveli prospektində yerləşən Kaşueti kilsəsində birgə qeyd edəcəklər.
Aksiyaların tələbləri isə dəyişməz olaraq qalır. İştirakçılar yeni seçkilərin keçirilməsini və etirazlar zamanı saxlanılanların azad edilməsini tələb edirlər.
Qeyd edək ki, yanvarın 7-də Gürcüstanda Milad bayramı qeyd olunur. Sabah ölkədə qeyri-iş günüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 06 Yanvar 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















