Tbilisidə gecə saatlarında keçirilən aksiyada 32 polis əməkdaşı xəsarət alıb
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Gürcüstan müxalifətinin noyabrın 28-də axşamı saatlarında başladığı etiraz aksiyası insidentsiz ötüşməyib. Gecə saatlarında aksiya iştirakçıları ilə asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 32 əməkdaşı xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilir ki, xəsarət alan polis əməkdaşından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır.
Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.
Qeyd edək ki, etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərinə lazer tutublar.

Tbilisidə gecə saatlarında keçirilən aksiyada 32 polis əməkdaşı xəsarət alıb
29 Noyabr 2024 11:03
Tbilisidə gecə saatlarında keçirilən aksiyada 32 polis əməkdaşı xəsarət alıb AZƏRTAC
29 Noyabr 2024 10:56
Tbilisidə keçirilən aksiyalarda 143 polis əməkdaşı xəsarət alıb
04 Dekabr 2024 04:29
Tbilisidə keçirilən aksiyada 10 polis əməkdaşı yaralanıb AZƏRTAC
30 Noyabr 2024 11:15

