Icma.az
close
up
RU
Tbilisidə görüş: “Yenə nifrət motivli yazılar dərc ediləcəksə, bunun sonu faciədir”

Tbilisidə görüş: “Yenə nifrət motivli yazılar dərc ediləcəksə, bunun sonu faciədir”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Şərait belədir ki, heç bir vasitəçi olmadan AzərbaycanErmənistan arasında birbaşa təmaslar var. Dövlət xadimləri müəyyən görüşlər keçirib. Ermənistanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Bakıda olub, ondan əvvəl də Azərbaycan nümayəndələri İrəvana səfər edib. Yəni hazırda iki ölkə arasında normal təmaslar mövcuddur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, sülhün təmin olunmasında medianın da üzərinə müəyyən öhdəliklər düşür:

“Əsas odur Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Bunun üçün Azərbaycanın şərtləri hamıya bəllidir və hazırda Ermənistanda bu istiqamətdə addımlar atılır.

Təbii ki, hər iki cəmiyyətdə bu əlaqələrin vaxından tez qurulduğunu deyənlər var. Belə bir vəziyyətdə media necə işləməlidir? Tərəflər həqiqətən əvvəlki nifrət, söyüş, düşmənçilik ritorikası ilə çalışmalıdır? Bax bu məsələni Ermənistandan olan məhdud sayıda həmkarlarla müzakirə etmişik. Əvvəllər də bununla bağlı müzakirələr olub”.

Q. Məhərəmli qeyd edib ki, hər iki ölkə mətbuatında ortaq terminologiyanın seçilməsi mühüm şərtdir:

“Əlbəttə, əgər tərəflər bundan sonra da nifrət, düşmənçilik və kin motivli yazılar dərc edəcəksə, bunun sonu sadəcə faciədir. Dəyişən reallıqlara uyğun, cəmiyyətlərin yaxınlaşması və düşmənçiliyin tədricən aradan qalxması üçün media müəyyən dərəcədə işlər görə bilər.

Bunun üçün ilk növbədə münaqişənin hərbi dövrünə və sonrakı dövrə aid elə terminologiya olmalıdır ki, hər iki tərəf eyni cür qavrasın. Hər iki ölkədə “qaçqın”, “ərazi bütövlüyü”, “suverenlik” və bu kimi anlayışlara münasibət elə olmalıdır ki, tərəflər mahiyyətin eyni olduğunu dəqiq ifadə etsinlər.

Bu kimi xırda görünən detalların üzərində müəyyən işlər gedir. Burada heç kim heç kimə nə öhdəlik götürür, nə də diktə edir. Sadəcə bir fikir mübadiləsidir. Tərəflərin bir-birinin fikirlərini öyrənmək prosesidir”.

Əməkdar jurnalist vurğulayıb ki, bu qəbildən olan görüşlərə münasibət müxtəlifdir:

“Gələcəkdə daha böyük heyətlərin iştirakı ilə görüşlər reallaşa bilər. Bu danışıqları təqdir edənlər də var, neqativ yanaşanlar da. Hər iki yanaşmaya təbii baxmaq lazımdır. 30 illik münaqişə, qarşıdurma, hər iki tərəfdən itkilərin olması ümumi psixologiyaya təsir edir. Mən bu fikirdəyəm ki, yaxın tarixi, qarşı tərəfin kimliyini unutmadan, qalib tərəf kimi sülh məsələsində aparıcı rol oynadığımızı göstərməliyik”.

Qeyd edək ki, noyabrın 30-da Tbilisdə bir qrup azərbaycanlı və erməni jurnalist arasında “media nifrətə və düşmənçiliyə qarşı” mövzusunu müzakirə baş tutub. 

Xatırladaq ki, görüşdə Bakı Media Klubunun rəhbəri Arif Əliyev də iştirak edib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri