Tbilisidə keçirilən aksiyalarda 143 polis əməkdaşı xəsarət alıb AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 4 dekabr, AZƏRTAC
“Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) aksiyalar zamanı qanunazidd əməllərə görə, dərhal və ciddi tədbirlər görür”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze dekabrın 3-də axşam saatlarında keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, aksiyalarda qanun pozuntusuna yol vermiş 293 nəfər inzibati qaydada saxlanılıb. Polisə hücum etdiklərinə və əmlaka ciddi ziyan vurduqlarına görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Daha 43 nəfər cərimələnib, 41 nəfər inzibati qaydada həbs olunub.
Nazir müavini deyib ki, aksiyalar zamanı 143 polis əməkdaşı xəsarət alıb. Onlardan 3 nəfəri xəstəxanalarda müalicəsi davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 04 Dekabr 2024 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















