Tbilisidə memarlıq qalmaqalı: “Küplər” sökülür, hotel gəlir
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisinin tanınmış memarlıq abidələrindən biri olan və “Rike küpləri” kimi tanınan kompleks söküləcək. Bu barədə şəhərin meri Kaxa Kaladze məlumat verib.
Globalinfo.az xəbər verir ki, Kaladze bu tikilini “funksional olmayan və şəhərsalma baxımından yad bir element” adlandıraraq onun yerində hotel tikiləcəyini bildirib.
Kompleks Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sifarişi ilə italyan memar Massimiliano Fuksas tərəfindən layihələndirilib və teatr-sərgi mərkəzi kimi nəzərdə tutulmuşdu. Lakin hakimiyyət dəyişikliyindən sonra layihə dondurulub və bina uzun illər istifadəsiz qalıb.
2022-ci ildə obyekt 3 milyon dollar qarşılığında bir sahibkara satılıb. Müqaviləyə əsasən, yeni sahib orada mədəniyyət məkanları açmalı idi. Lakin onun sözlərinə görə, “sabit olmayan investisiya mühiti” səbəbindən binanı satmağa qərar verib.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:93
Bu xəbər 21 May 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















