Tbilisidə merin qərargahı önündə dava: xarici jurnalist döyüldü VİDEO
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisidə hazırkı mer Kaxa Kaladzenin seçki qərargahı önündə insident baş verib.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları ilə Qərbyönümlü etirazçılar arasında kütləvi dava düşüb.
Hadisə yerinə çox sayda polis qüvvəsi cəlb olunub.
Toqquşma zamanı Macarıstandan olan jurnalist ağır xəsarət alıb. O, Tbilisidə etiraz aksiyalarını mütəmadi işıqlandıran media nümayəndəsidir. Jurnalist Meliklišvili prospektində döyülüb, daha sonra təcili tibbi yardım maşını ilə Rustaveli prospektindən xəstəxanaya aparılıb.
Məlumata görə, “Gürcü Arzusu”nun gənclər qanadının üzvləri etirazçılara və jurnalistlərə hücum ediblər. Zərərçəkənlər arasında Publika nəşrinin əməkdaşı da var. Ona birbaşa efir zamanı hücum edilib və mobil telefonu əlindən alınıb.
Hadisə ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının araşdırmaya başlayacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Sentyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















