Tbilisidə polis aksiyaya müdaxilə etməyə başladı FOTOVİDEOYENİLƏNİB
Icma.az bildirir, Lent az portalına istinadən.
Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
***
22:44
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.
***
20:07
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Noyabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















