Tbilisidə saxlanılan azərbaycanlı etnik zəmində təhqir olundu Bəyanat
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Ötən gün Tbilisidə keçirilmiş etiraz aksiyasında saxlanılan Elvin Kərimov etnik zəmində fiziki zorakılıq və təhqirlərə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Çoxmillətli Gürcüstan” təşkilatının bəyanatında bildirilib.
Təşkilat bununla bağlı dərin narahatlığını ifadə edib.
Qeyd olunub ki, E.Kərimov təşkilatın keçirdiyi və gənclərin inkişafına həsr olunan proqramlarda, Gürcüstanın ictimai və siyasi həyatında fəal iştirak edir.
Təşkilat Gürcüstanın Daxili İşlər Nazirliyini soydaşımızı və qanunsuz saxlanılan digər şəxsləri dərhal azad etməyə, Xüsusi İstintaq Xidmətini isə qeyd olunan faktı araşdırmağa çağırıb. Gürcüstan ombudsmanından məsələ ilə bağlı ətraflı monitorinqin həyata keçirilməsi xahiş olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















