Tbilisidə yenidən etiraz aksiyası başlanır Avropalı deputatlar çıxış edəcək
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Gürcüstanın paytaxtı Tbilisidə etirazlar 15-ci gündür davam edir.
Etiraz üçün vətəndaşlar yenidən Rustaveli prospektinə toplaşır.
Gürcüstanlılar hökümətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarına etiraz edirlər.
Bu gün etiraz əlaməti olaraq parlamentin qarşısına toplaşan mitinq iştirakçılarına incəsənət və informasiya texnologiyaları sahəsinin nümayəndələri də qoşulub.
Əldə olunan məlumata görə, saat 21:00-da müxtəlif ölkələrdən Avropa Parlamentinin deputatları da gələcək. Onların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi gözlənilir.
Baxış sayı:119
Bu xəbər 12 Dekabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















