Tbilisidəki etiraz aksiyalarında 143 polis əməkdaşı xəsarət alıb
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Tbilisidəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin müavinı Aleksandr Darahvelidze brifinqdə bildirib.
“Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur”, - Darahvelidze deyib.
O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb.

Tbilisidəki etiraz aksiyalarında Gürcüstan DİNin 143 əməkdaşı xəsarət alıb
03 Dekabr 2024 22:26

